Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

İsveçrə şirkətlərinin nümayəndələri fındıq üçün Azərbaycana gələcək

iç səhifə xəbər başlığı altı (mobil)_31
İsveçrə şirkətlərinin nümayəndələri fındıq üçün Azərbaycana gələcək
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

İqtisadiyyat Nazirliyinin İsveçrəyə təşkil etdiyi ixrac missiyası çərçivəsində keçirilmiş görüşlər zamanı Azərbaycanda yaradılmış əlverişli biznes və investisiya mühiti, ölkəmizdə istehsal olunan rəqabətqabiliyyətli və ixracyönümlü məhsullar barədə məlumat verilib.

 

Reklam_3_11

İqtisadiyyat Nazirliyinin yaydığı məlumata görə, "AZPROMO"-nun təşkilatçılığı ilə keçirilən görüşlərdə Azərbaycan iş adamları İsveçrəli həmkarları ilə əməkdaşlıq imkanlarına, fındıq məhsullarının İsveçrəyə ixracına dair müzakirələr aparıblar. İxrac missiyasında həmçinin fındıq emalında tətbiq olunan yeni texnologiyalarla tanış olub və potensial müştərilərlə görüşlər keçiriblər. 

 

Səfər çərçivəsində İsveçrənin “GN-company”, “Varistor“ və “Delica” və digər nüfuzlu  şirkətləri ilə aparılan müzakirələr zamanı fındıq ixracına dair ilkin razılaşmalar əldə olunub. Bu məqsədlə İsveçrə şirkətlərinin nümayəndələrinin Azərbaycana səfəri və yerli fındıq istehsalçıları ilə görüşlərinin təşkili barədə razılığa gəlinib.

 

İSTƏNİLƏN MƏQSƏD ÜÇÜN KREDİTƏ MÜRACİƏT EDİN

 

Qeyd edək ki, ixrac missiyasına müsabiqə əsasında seçilmiş və fındıq istehsalı sahəsində fəaliyyət göstərən 12 Azərbaycan şirkəti daxil idi.

03.07.2018 10:23

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ