Azərbaycan İrana elektrik enerjisi ixracını dayandırıdı

Ötən gecə Mingəçevirdə yerləşən Azərbaycan İstilik Elektrik Stansiyasının yarımstansiyalarının birində baş verən qəza nəticəsində İrana elektrik enerjisinin ixracı dayandırılıb.

 

Bunu “Azərenerji” ASC-nin İctimaiyyətlə əlaqələr və mətbuat xidmətinin rəisi Yəhya Babanlı bildirib.

 

Qeyd edək ki, aprel ayında “Azərenerji” və “TAVANİR” şirkəti arasında imzalanan müqaviləyə əsasən iyunun 1-dən etibarən “Azərenerji” İranın təcrid olunmuş ada rejimində olan Muğan və Astara bölgələrinə elektrik enerjisinin ixracına başlayıb. Ötürülmənin pik gücü 80 MVt-a çatır.

 

Xatırladaq ki, iyulun 3-də gecə saatlarında Mingəçevir şəhərində yerləşən “Azərbaycan İstilik Elektrik Stansiyası” MMC-nin yarımstansiyalarından birində cərəyan transformatorunda qəza baş verib. Bununla əlaqədar Bakı və Gəncə şəhərləri də daxil olmaqla respublikanın 39 şəhər və rayonunun elektrik enerjisi ilə təminatında fasilə yaranıb.

 

Prezident İlham Əliyev baş vermiş qəza ilə əlaqədar Dövlət Komissiyasının yaradılması haqqında sərəncam imzalayıb. 

 

ONLAYN MÜRACİƏT EDİN VƏ 1 GÜNƏ MANAT KREDİTİ ALIN

 

Xəbər verdiyimiz ki, Mingəçevir İES-də baş vermiş qəzadan sonra Gürcüstan Azərbaycana elektrik enerjisinin ixracına başlayıb.

 

Bu barədə “Gürcüstan Dövlət Elektrosistemi” Səhmdar Cəmiyyətinin məlumatında deyilir.

 

Qonşu ölkədən Azərbaycana elektrik enerjisinin ötürülmə gücü hazırda 57-60 MVt təşkil edir.

 

İSTƏNİLƏN MƏQSƏD ÜÇÜN KREDİTƏ MÜRACİƏT EDİN

 

© Report, APA

3 İyul 2018 , 14:26   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Af Biznes Merkezleri
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99412)437-84-44,(+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin