Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

11 ailənin yeni məhsulları satışa çıxarıldı - YENİ BRENDLƏR

iç səhifə xəbər başlığı altı (mobil)_31
11 ailənin yeni məhsulları satışa çıxarıldı - YENİ BRENDLƏR

“ABAD” tərəfindən dəstəklənən ailə təsərrüfatlarının istehsal etdiyi yeni çeşid məhsulları satışa çıxarılıb.

 

"ABAD" publik hüquqi şəxsdən "Marja"y daxil olmuş məlumta görə, ki, artıq “Bravo” marketlər şəbəkəsində Masallı, Balakən və Bakıdan olan bu ABADçıların yüksək keyfiyyətli ət və süd məhsulları öz alıcılarını gözləyir:

 

-Ələsgərovlar ailəsinin “Bəh-bəh” brendi altında təqdim olunan iki növ sosislər - bişmiş və hisə verilmiş və südlü sosislər;

 

-Şabanovlar ailəsinin “Bizim nemət” brendi altında təqdim olunan iki növ kolbasalar - kabanossi və krakovskaya kolbasaları;

 

-Hüseynovlar ailəsinin “Talalar” brendi altında təqdim olunan iki növ pendirlər - kaşar və saçaq pendirləri.

 

Yerli bazarda bu məhsullar ənənəvi komponentlərin mükəmməlliyi ilə fərqlənir.  Tərkibində 100 faiz yüksək keyfiyyətli məhsullardan istifadə olunur və heç bir kimyəvi qatqı əlavə olunmur. Əlavə olunan təbii ədviyyatlar ət və süd məhsullarına xüsusi dad və ətir verir.

 

Qeyd edək ki, publik hüquqi şəxsdən dəstək alan ailə təsərrüfatlarının istehsal etdiyi məhsullar “ABAD”ın təqdim etdiyi zəruri avadanlıqlarla təchiz edilən mobil konteynerlərdə istehsal edilir. Məhsullar texniki qaydaların tələblərinə uyğun olaraq bütün sertifikatlaşdırma testlərini keçib. “ABAD” leyblı altında buraxılan bütün məhsulların keyfiyyətinə xüsusi diqqət yetirilir.

 

Eyni zamanda satışa “Şirindil” brendi altında qənnadı məhsulları, “Avey” adı altında spirtli içkilər, “ABAD” və BMT-nin İnkişaf Proqramı əməkdaşlığı çərçivəsində ərsəyə gələn bal brendləri də satışa çıxarılıb: “Babadağ”, “Sarı gəlin”, “Balçı”, “Faydalı”, “Kəhraba”, “1001 çiçək”.

 

ONLAYN MÜRACİƏT EDİN VƏ 1 GÜNƏ MANAT KREDİTİ ALIN

 

Xatırladaq ki, “ABAD” publik hüquqi şəxsi Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə 23 sentyabr 2016-cı ildə yaradılıb. Məqsəd Azərbaycanın sosial-iqtisadi inkişafında vətəndaşların fəal iştirakına, kiçik və orta sahibkarlığın inkişafına, əhalinin məşğulluq səviyyəsinin artırılmasına və rəqabətqabiliyyətli ailə təsərrüfatlarının formalaşdırılmasına dəstək verərək, sosialyönümlü layihələrin həyata keçirilməsidir.

 

“ABAD” publik hüquqi şəxsin fəaliyyətinin prioritet istiqamətləri dekorativ-tətbiqi xalq sənətkarlığı və kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən ailə bizneslərinə dəstək göstərməkdir. Hazırda qida məhsulları sahəsində satışda 28 brend təqdim olunur.

03.07.2018 12:52

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ