Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

AFB Bank yeni vakansiyalar elan etdi

iç səhifə xəbər başlığı altı (mobil)_31
AFB Bank yeni vakansiyalar elan etdi
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

 

AFB Bank bazar əməliyyatları şöbəsinin baş mütəxəssisi vəzifəsinə vakansiya elan edir.


Vəzifə:  Bazar əməliyyatları şöbəsinin baş mütəxəssisi


İş qrafiki: 09:00 - 18:00 (Bazar ertəsi - Cümə)

Ünvan: Bakı şəhəri, İ.Qutqaşınlı küç. 112 (Mərkəzi ofis)

 

NAMİZƏDƏ DAİR TƏLƏBLƏR: 


• Ali iqtisadi təhsil;
• Birja əməliyyatları sahəsində iş təcrübəsi;
• Rus və İngilis dillərində sərbəst danışıq;

• Valyuta, qiymətli kağız və digər yerli və xarici maliyyə bazarları instrumentləri haqqında peşəkar biliklər;

• Bazar risklərinin idarə edilməsi haqqında peşəkar biliklər;

• Bloomberg terminalından istifadə üzrə peşəkar bilik;
• Məntiqi və analitik düşünmə tərzi, yüksək təqdimat bacarığı;
• Ünsiyyət qurmaq qabiliyyəti, kollektivdə çalışma, idarəetmə təcrübəsi;
• MS Ofis proqramları üzrə peşəkar biliklər. 

 

İŞİN TƏSVİRİ:


• Yerli və xarici maliyyə bazarlarında (valyuta, qiymətli kağız və digər) əməliyyatların aparılması;

• Aparılmış əməliyyatlarla bağlı müvafiq sənədləşmə işlərinin icrası;
• Maliyyə bazarları üzrə dövrü olaraq təhlillərin aparılması;

• İnvestisiya portfelinin yaradılması və idarə edilməsi;
• Şöbənin işi üzrə lazımı hesabatların hazırlanması.

  

Uyğun namizədlərdən CV-lərini mövzu sətrində “Bazar əməliyyatları şöbəsinin baş mütəxəssisi” qeydi edərək [email protected] elektron ünvanına göndərməyinizi xahiş edirik.


 

AFB Bank maliyyə institutları ilə iş şöbəsinin baş mütəxəssisi vəzifəsinə vakansiya elan edir.

 

Vəzifə: Maliyyə institutları ilə iş şöbəsinin baş mütəxəssisi

 

İş qrafiki: 09:00 - 18:00 (Bazar ertəsi - Cümə)
Ünvan: Bakı şəhəri, İ.Qutqaşınlı küç. 112 (Mərkəzi ofis)

NAMİZƏDƏ DAİR TƏLƏBLƏR: 


• Ali iqtisadi təhsil;
• Xarici maliyyə institutları və müxbir əlaqələr sahəsində iş təcrübəsi;
• Rus və İngilis dillərində sərbəst danışıq;
• Məntiqi və analitik düşünmə tərzi, yüksək təqdimat bacarığı;
• Ünsiyyət qurmaq qabiliyyəti, kollektivdə çalışma, idarəetmə təcrübəsi;
• MS Ofis proqramları üzrə peşəkar biliklər. 

İŞİN TƏSVİRİ:


• Xarici maliyyə institutları ilə əlaqələrin yaradılması, müxbir hesabların açılması;
• Müxbir hesab əlaqələrinin saxlanması, lazımı sənədləşmə işlərinin aparılması;
• Müxbir banklarla yaranmış problemlərin həll edilməsi;
• Şöbənin işi üzrə lazımı hesabatların hazırlanması.

 

Uyğun namizədlərdən CV-lərini mövzu sətrində “Maliyyə institutları ilə iş şöbəsinin baş mütəxəssisi” qeydi edərək [email protected] elektron ünvanına göndərməyinizi xahiş edirik.


 

AFB Bank aktiv və passivlərin idarə edilməsi üzrə menecer vəzifəsinə vakansiya elan edir.

 

Vəzifə: Aktiv və passivlərin idarə edilməsi üzrə menecer


İş qrafiki: 09:00 - 18:00 (Bazar ertəsi - Cümə)
Ünvan: Bakı şəhəri, İ.Qutqaşınlı küç. 112 (Mərkəzi ofis)


NAMİZƏDƏ DAİR TƏLƏBLƏR: 


• Ali iqtisadi təhsil;
• Likvidlik, valyuta və faiz risklərinin idarə edilməsi sahəsi üzrə peşəkar biliklər;
• Maliyyə təhlili sahəsində peşəkar biliklər;
• İnvestisiyaların təhlili sahəsində peşəkar biliklər;
• İngilis dilində sərbəst danışıq;
• Məntiqi və analitik düşünmə tərzi, yüksək təqdimat bacarığı;
• Ünsiyyət qurmaq qabiliyyəti, kollektivdə çalışma, idarəetmə təcrübəsi;
• MS Ofis proqramları üzrə peşəkar biliklər.


İŞİN TƏSVİRİ:


• Likvidlik, faiz və valyuta riskləri üzrə hesabatların hazırlanması və təhlili;
• Likvidlik, faiz və valyuta risklərinin müəyyən edilmiş çərçivədə idarə edilməsi;
• Aktiv və Passivlərin İdarə edilməsi sahəsi üzrə sənədləşmə işlərinin aparılması;
• Aktiv və Passivlərin İdarə edilməsi Komitəsinin işinin təşkili və katibliyi;
• İnvestisiyaların təhlili;
• Şöbənin işi üzrə lazımı hesabatların hazırlanması.

Uyğun namizədlərdən CV-lərini mövzu sətrində “Aktiv və passivlərin idarə edilməsi üzrə menecer” qeydi edərək [email protected] elektron ünvanına göndərməyinizi xahiş edirik.

03.07.2018 12:15

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ