Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

"İcra başçısı yaralıdır, vertolyotla Bakıya göndərilib"

iç səhifə xəbər başlığı altı (mobil)_31
"İcra başçısı yaralıdır, vertolyotla Bakıya göndərilib"

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə qarşı edilən silahlı hücumun təfərrüatları məlum olub.

 

Reklam_3_11

Məlumata görə, hadisə nəticəsində icra başçısı yaralanıb, polis əməkdaşı olan mühafizəçisi Qasım Aşbazov isə hadisə yerində ölüb.

 

İcra başçısı yaralı vəziyyətdə xəstəxanaya yerləşdirilib. Lakin vəziyyəti ağır olduğundan vertolyotla Bakıya göndərilib.

 

Hadisə axşam saat 20:00 radələrində Gəncə Şəhər İcra Hakimiyyətinin önündə yerləşən mərkəzi meydanda baş verib. Silahlı hücumu törədən Yunis Səfərov tutulub.

 

İlkin məlumatlara görə, o, Rusiya vətəndaşıdır. Həmin şəxs ötən il Gəncə şəhərində mühafizə polisinin əməkdaşını döyərək xidməti silahını əlindən alıb və hadisə yerindən qaçdığı üçün axtarışa verilib.

 

Həmçinin bildirilir ki, bir müddət əvvəl icra başçısı ilə hadisəni törədən şəxs arasında mübahisə olub və Yunis Səfərov Elmar Vəliyevə onu güllələyəcəyi barədə xəbərdarlıq edib.

 

Faktla bağlı Daxili İşlər Nazirliyi məlumat yayacaq.

 

1 GÜNƏ KREDİT ALIN!

 

03.07.2018 21:51

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ