Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Elmar Vəliyev ilə bağlı rəsmi məlumat yayıldı

iç səhifə xəbər başlığı altı (mobil)_31
Elmar Vəliyev ilə bağlı rəsmi məlumat yayıldı
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

2018-ci il iyulun 3-də, saat 20.30 radələrində Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev və onun mühafizəçisi Qasım Aşbazov İcra Hakimiyyətinin inzibati binasının qarşısında naməlum şəxsin odlu silahdan açdığı atəş nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alıb və xəstəxanaya yerləşdirilib.

 

Reklam_3_11

Bu barədə Respublika Baş Prokurorluğunun, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi xidmətinin mətbuat xidmətlərinin birgə yaydığı məlumatda qeyd olunub.

 

Məlumata görə, cinayəti törətmiş 1983-cü ildə Gəncə şəhərində anadan olmuş Yunis Səfərov dərhal həmin ərazidə xidmət aparan polis əməkdaşları tərəfindən tutulub tərksilah edilib.

 

Fakt üzrə Azərbaycan Respublikasının Baş Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.2.3-cü, 120.2.7-ci (zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar qəsdən adam öldürməyə cəhd) və  228-ci (qanunsuz olaraq odlu silah əldə etmə) maddələri ilə cinayət işi başlanılaraq prokurorluğun, Daxili İşlər Nazirliyinin və Dövlət Təhlükəsizliyi Xidmətinin təcrübəli əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılıb.

 

Hazırda cinayətdən zərər çəkmiş Elmar Vəliyevin və Qasım Aşbazovun səhhəti qənaətbəxş olmaqla hər ikisi ixtisaslı tibbi yardımla əhatə olunub.

 

1 GÜNƏ KREDİT ALIN!

 

Cinayət işi üzrə istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir. Nəticələri barədə əlavə məlumat veriləcək.

 

Həyata keçirilən tədbirlər ölkə Prezidentinin şəxsi nəzarətindədir.       

 

XXX

 

Gəncə şəhər İcra Hakimiyyəti: "Elmar Vəliyevin səhhəti normaldır"

 

"Elmar Vəliyevin səhhəti normaldır ".  Bu barədə  Gəncə şəhər İcra Hakimiyyətinin mətbuat xidmətindən bildirilib.

 

Məlumatda qeyd olunub ki, E. Vəliyevin ölümü və ya ağır xəsarət alması ilə bağlı bəzi KİV-də yayılmış məlumatların heç bir əsası yoxdur: "Bunlar əsassız, heç bir fakta söykənməyən şayiələrdir".

 

Qeyd edək ki, bu gün axtarışda olan şəxs tərəfindən Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə silahlı hücum olub. Hücum nəticəsində icra başçısının mühafizəçisi xəsarət alıb.A

03.07.2018 22:09

Müştərilərin xəbərləri

Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ