Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

"Narahatlığa əsas yoxdur, tezliklə işimin başında olacam"

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Narahatlığa əsas yoxdur, tezliklə işimin başında olacam"

İcra başçısı: Ciddi narahatlığa əsas yoxdur



Gəncə İcra Hakimiyyətinin başçı Elmar Vəliyev hadisədən sonra mətbuata danışıb. 

 

Sui-qəsd nəticəsində yaralanandan sonra Gəncədə müayinə və müalicə alan Elmar Vəliyev ciddi narahatlığa əsas olmadığını deyib.

 

Elmar Vəliyev yüngül yaralandığını, tezliklə işinin başında olacağını bildirib və səhhətilə maraqlanan hər bir kəsə minnətdarlığını çatdırmağı xahiş edib.

 

ONLAYN MÜRACİƏT EDİN VƏ 1 GÜNƏ MANAT KREDİTİ ALIN

 

İyulun 3-də saat 20.30 radələrində Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev və onun mühafizəçisi Qasım Aşbazov İcra Hakimiyyətinin inzibati binasının qarşısında naməlum şəxsin odlu silahdan açdığı atəş nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alıb və xəstəxanaya yerləşdiriliblər.

 

Baş Prokurorluğun, Daxili İşlər Nazirliyinin və Dövlət Təhlükəsizliyi Xidmətinin mətbuat xidmətlərinin  "Marja"ya daxil olan birgə məlumatında bildirilir ki, cinayəti törədən 1983-cü ildə Gəncə şəhərində anadan olan Yunis Səfərov dərhal həmin ərazidə xidmət aparan polis əməkdaşları tərəfindən tutularaq tərksilah edilib.

 

Fakt üzrə Azərbaycan Respublikasının Baş Prokurorluğunda Cinayət Məcəlləsinin 29-cu, 120.2.3-cü, 120.2.7-ci (zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar qəsdən adam öldürməyə cəhd) və 228-ci (qanunsuz olaraq odlu silah əldə etmə) maddələri ilə cinayət işi başlanılıb. Prokurorluğun, Daxili İşlər Nazirliyinin və Dövlət Təhlükəsizliyi Xidmətinin təcrübəli əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılıb.

 

Hazırda cinayətdən zərər çəkmiş Elmar Vəliyevin və Qasım Aşbazovun səhhəti qənaətbəxş olmaqla hər ikisi ixtisaslı tibbi yardımla əhatə edilib.

 

Cinayət işi üzrə istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

 

Faktla bağlı görülən tədbirlər Azərbaycan Prezidentinin şəxsi nəzarətindədir.

 

İSTƏNİLƏN MƏQSƏD ÜÇÜN KREDİTƏ MÜRACİƏT EDİN

 

© Real TV

04.07.2018 06:27

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ