Ən yuxarı statik reklam_3
Mobil manşet üstü reklam_21

Bu gün Dollar ilə bağlı nələr baş verdi? - GÜNƏ BAXIŞ

iç səhifə xəbər başlığı altı (mobil)_31
Bu gün Dollar ilə bağlı nələr baş verdi? - GÜNƏ BAXIŞ

-Səhər saat 09:20-də Mərkəzi Bank Fevralın 7-nə USD/AZN rəsmi məzənnəsini 1,8769 manat səviyyəsində açıqladı.

 

-Saat 10:00-dan etibarən banklarda Dolların alış və satış qiymətlərinin aşağı düşməsi müşahidə olundu. Banklar Dolları 1.79 manatdan almağa başladılar. Bu dolların daha da düşəcəyinə işarə idi.

 

-Saat 12:00-da Mərkəzi Bankda hərrac keçirildi. Məlum oldu ki, 7 fevral 2017-ci il tarixində Mərkəzi Bankda Dövlət Neft Fondunun da iştirakı ilə keçirilən hərracın və həmin vaxtadək banklararası bazarda aparılan əməliyyatların nəticəsində manatın orta çəkili məzənnəsi 1,8251 səviyyəsində formalaşmışdır. . Beləliklə, hərracda Dollar Manat qarşısında 1.8% dəyərdən düşdü. 

 

- Hərracın nəticəsi məlum olduqdan sonra banklarda Dolların alış və satış məzənnələri daha sürətlə aşağı düşdü. Bir çox banklar Dolları 1.70 -1.75 manat səviyyələrindən almağa başladılar. Banklarda Dolların satış qiyməti 1.85-1.89 manat səviyyələrinə gerilədi.

 

-Axşam saat 17:10-da Mərkəzi Bank 08.02.2017-cı il tarixinə USD/AZN rəsmi məzənnəsi 1,8252  səviyyəsində müəyyən olunduğunu açıqladı.

 

Qeyd edək ki, çoxları Dolların ucuzlaşmasının davam etməyəcəyini hesab edir və manatın bahalaşmasına inanmır. Onlara görə, Manatın güclənməsi üçün iqtisadi səbəb yoxdur.

 

Əlavə edək ki, Fevralın 1-də Dollar/Manat rəsmi məzənnəsi 1.92 manat səviyyəsinə çıxmışdı. Həmin gün bəzi banklar Dolları 1.94-1.95 manata alıb, 1.99 manatdan baha satırdılar.

 

ÖDƏNİŞSİZ FOREX SEMİNARINA QATILIN!

07.02.2017 17:59

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ