Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30

Azərbaycandakı avtomobillərin sayı açıqlandı - SON RƏQƏM

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycandakı avtomobillərin sayı açıqlandı - SON RƏQƏM
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

2016-cı ilin sonuna Azərbaycanda avtomobil parkının sayı 1.347.812 təşkil etmişdir.

 

Bu barədə “Marja”ya Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsindən bildirilib.

 

Baş idarənin əməkdaşları tərəfindən ötən il ərzində hüquqi və fiziki şəxslərə məxsus olan nəqliyyat vasitələrinin qeydiyyatı, təkrar qeydiyyatı, qeydiyyatdan çıxarılması, sürücülük vəsiqələrinin verilməsi üzrə vətəndaşların, idarə, müəssisə və təşkilatların nümayəndələrinin qəbulu aparılmış, 10.457 avtomobil ilkin qeydiyyata alınmış, 50.308 ilkin sürücülük vəsiqəsi verilmişdir.

 

Ötən il ərzində respublika ərazisində 2006 yol nəqliyat hadisəsi (YNH) qeydə alınmış, nəticədə 759 nəfər həlak olmuş, 2003 nəfər yaralanmışdır. 2015-ci illə müqayisədə YNH-nin sayı 214 fakt  (9,6 %), həlak olanların sayı 135 nəfər (15 %), yaralananların sayı isə 262 nəfər (11,6 %) azalmışdır. 

07.02.2017 18:40

Müştərilərin xəbərləri

Esas-sehifede-reklam-3_8
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ