Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

AZAL: ABŞ tozvari maddələrin daşınmasına məhdudiyyət qoyub

iç səhifə xəbər başlığı altı (mobil)_31
AZAL: ABŞ tozvari maddələrin daşınmasına məhdudiyyət qoyub
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Nəqliyyatda Təhlükəsizlik İdarəsinin (TSA) sərəncamına əsasən Amerika Birləşmiş Ştatlarına və Amerika Birləşmiş Ştatlarından  bütün uçuşlarda sərnişinlərin əl yükündə  350 ml-dən çox tozvari maddələrin daşınmasına qadağa qoyulur. 

 

"Azərbaycan Hava Yolları" QSC-nin mətbuat xidmətindən “Marja”ya daxil olmuş məlumata görə, belə maddələrə un, şəkər, qəhvə, ədviyyatlar, quru süd və digər bənzər məhsullar da daxildir. Uçuş zamanı bu cür maddələr sərnişinə lazım olmayacağı təqdirdə onlar qeydiyyatdan keçən baqaja təhvil verilməlidir.

 

350 ml-dən çox həcmli dərmanlar (tozlar) və uşaq qidası hava gəmisinin salonunda yalnız bağlı şəkildə daşına bilər.

 

Hava limanlarının rüsumsuz zonalarında (Duty Free) alınan məhsullar bağlı şəkildə və alışı təsdiq edən qəbzin mövcud olması şərtilə daşınmaya qəbul edilir.

 

Qeyd edək ki, Heydər Əliyev Beynəlxalq Aeroportundan Bakı-Nyu-York-Bakı istiqaməti üzrə müntəzəm birbaşa reyslər həyata keçirilir. AZAL J2-101/J2-102 reysi həftədə iki dəfə – bazar ertəsi və şənbə günləri Boeing 787 Dreamliner hava gəmisi ilə həyata keçirilir.

 

Qadağa edilmiş maddələrin əl yükündə daşınması məsələsinə Bakı və Nyu-York hava limanlarında aviasiya təhlükəsizliyi xidmətinin əməkdaşları tərəfindən ciddi nəzarət ediləcək. "Azərbaycan Hava Yolları" aviaşirkəti sərnişinlərdən baqajın daşınmasına dair yeni qaydaları nəzərə almağı xahiş edir.

 

04.07.2018 13:20

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ