SOCAR 12 məntəqəsində sıxılmış təbii qaz satacaq

İlin sonunadək “SOCAR Petroleum”a məxsus 12 yanacaqdoldurma məntəqəsində sıxılmış təbii qazın (STQ-beynəlxalq miqyasında CNG, yəni “Compressed Natural Gas”) satışı həyata keçiriləcək.

 

Bu barədə şirkətdən bildirilib.

 

Bu gün “SOCAR Petroleum” Bakı-Hövsan yolunun başlanğıc hissəsində, “Baku-Bus” MMC-nin yaxınlığında CNG məntəqəsini istifadəyə verib:

 

“Bununla da şirkət Azərbaycanın pərakəndə yanacaq satışı bazarında ilk dəfə olaraq müştərilərə qiymət baxımından daha sərfəli olan alternativ nəqliyyat yanacağı kimi CNG satışına başlayıb”.

 

Yanacağın bir kubmetri 0,45 manat təşkil edir.

 

Bildirilib ki, avqust-sentyabr aylarından başlayaraq Sabunçu rayonu, Sabunçu dairəsinin cənub-qərb hissəsindəki, Xətai rayonu, Babək prospektidəki, Nobel prospektindəki, Zabrat qəsəbəsi, Sabunçu-Zabrat yolunun sağ tərəfindəki yanacaqdoldurma məntəqələrində CNG satışı həyata keçiriləcək. Cari ilin sonunadək bu sıraya Bibiheybət məscidinin yanındakı, Bakı-Salyan şosesinin 70-ci km-dəki, Bakı-Qazax yolunun sağ tərəfindəki, Bakı-Salyan şosesinin 70-ci km-dəki, Bakı-Ələt yolunun sol tərəfindəki, Bakı-Quba yolunun 28-ci km-dəki, yolun sağ tərəfindəki yanacaqdoldurma məntəqələri də əlavə olacaq.

 

© Report

4 İyul 2018 , 17:02   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Af Biznes Merkezleri
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99412)437-84-44,(+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin