Geyim və tekstil şirkətlərinin diqqətinə - TENDER

“Araz Supermarket” MMC və “OBA Retail Chain” MMC-nin qış mövsümünə uyğun işçi geyimləri təminatına dair açıq tender elan edir.

 

Tenderdə iştirak etmək istəyən şirkətlər ilkin olaraq qeydiyyatdan keçdikdən sonra ətraflı məlumat mail üzərindən iştirakçı şirkətlərə təqdim olunacaqdır. Tender iştirakçıları aşağıdakı sənədləri təqdim etməli olacaqlar:

 

-Tender təklifi;

-Tender təklifi dəyərinin 2 % -i həcmində bank təminatı;

-Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqandan arayış

-İddiaçının son bir ildəki fəaliyyəti haqqında maliyyə hesabatının surəti;

-İddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;

-İddiaçının tam adı hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;

-İddiaçılar müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları və s.

 

1 GÜNƏ KREDİT ALIN!

 

Hazırlanacaq geyimlərin (köynək, kurtka, önlük, papaq, gödəkçə, qalstuk, jaket və s.) keyfiyyəti müvafiq labaratoriyalarda yoxlanacaq və testdən keçiriləcəkdir. Tenderdə iştirak etmək istəyən iddiaçılar tam adı, hüquqi statusu və rekvizitlərini e-mailin mövzu yerinə Tender yazaraq T[email protected] elektron ünvanına göndərə bilərlər. Müraciətlər üçün son tarix 20.07.2018-ci ildir.

5 İyul 2018 , 08:58   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Eurohome
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99412)437-84-44,(+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin