Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Azərbaycanda Instagram Facebook-u keçdi

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycanda Instagram Facebook-u  keçdi

Azərbaycanda ən böyük auditoriyası olan sosial şəbəkə adı illərdir ki, Facebook’dadır.   Ölkədə biznes sahiblərinin də ən çox istifadə etdiyi, reklam büdcəsini daha çox xərclədiyi sosial şəbəkə Facebookdur.

 

Lakin ötən ay Orkhanrza.com-da açıqlanan statistikadan da görünürdü ki, Instagram son aylarda ölkədə sürətlə auditoriyasını genişləndirir. Belə ki, son 6 ayda aktiv istifadəçi sayı 2 dəfədən çox artmışdı.

 

Facebook Reklam Panelində statistikanın bugünkü yenilənməsindən sonra gözlənən baş verdi – Azərbaycanda ən böyük sosial şəbəkə adı Facebook’dan Instagram’a keçdi. Belə ki, hazırda Reklam Panelinin statistikasına görə Azərbaycanda reklam göstərilə bilən aktiv istifadəçi sayı (potential reach) Facebook-da 1,72 milyon, Instagram-da isə 1,76 milyon nəfərdir.

 

Instagram statistikası (Fevral, 2017)

 

-Azərbaycanda istifadəçi sayı – 1,76 milyon

-Kişi istifadəçi sayı – 1,2 milyon

-Qadın istifadəçi sayı – 0,56 milyon

-Kişi istifadəçilərin ümumi saya nisbəti – 68%

-Qadın istifadəçilərin ümumi saya nisbəti – 32%

-13-25 yaşda olan istifadəçilər – 41%

-26-45 yaşda olan istifadəçilər – 54%

-46 və daha çox yaşda olan istifadəçilər – 5%

 

© http://orkhanrza.com

08.02.2017 05:07

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ