PAŞA Bankın dəstəyi ilə keçirilmiş müsabiqənin qalibləri məlum olub

29-30 iyun tarixlərində PAŞA Bankın dəstəyi ilə ADA Universitetində "Big Data Analytics Hackathon" müsabiqəsi keçirilmişdir. 

 

İlk dəfə böyük verilənlərin (Big Data) təhlili formatında keçirilən bu tədbirə gənc mütəxəssislər böyük maraq göstərmişdir. 

 

İştirak üçün 54 komanda qeydiyyatdan keçmiş və onlardan 16-sı son mərhələdə iştirak hüququ qazanmışdırlar. Komandalar ADA Universitetinin İnformasiya Texnologiyaları və Mühəndislik fakültəsinin təcrübəli müəllim və tədqiqatçıları tərəfindən keçirilən təlimlərdə iştirak etdikdən sonra, 24 saat ərzində real biznes problemlərinin həlli üçün verilən tapşırıqları yerinə yetirməyə başlayıblar. Tapşırıqlar bank və ictimai sektora aid olan aktual məsələləri əhatə edib. 


Bank sektoru üzrə biznes probleminin həlli istiqamətində birinci yerə QSS BEU komandası – Tərlan Cəbiyev, Vüsal Əhmədov, Sevinc Hüseynova Orxan Tağıyev, ikinci yerə DataIsLIFE komandası - Ülvi Nağızadə, Elvin Əliyev, Elşad İbrahimov, Nicat Mütəllimov, üçüncü yerə isə DataMind komandası – Elgün Məcidov, Aytac Əhmədova və Tural Həmidov layiq görülmüşdür. Qaliblər Bank tərəfindən müvafiq mükafat və hədiyyələrlə təltif olunmuşdurlar. 

 

PAŞA Bank qalibləri təbrik edir və gələcək fəaliyyətlərində uğurlar diləyir!

5 İyul 2018 , 15:26   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Af Biznes Merkezleri
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99412)437-84-44,(+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin