Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Dövlətə 58 milyon dollara başa gələn sistem işləməyib

iç səhifə xəbər başlığı altı (mobil)_31
Dövlətə 58 milyon dollara başa gələn sistem işləməyib

"Azərbaycan istilik elektrik stansiyasında baş verən hadisələr göstərir ki, 2012-ci ildə istifadəyə verilmiş real vaxt rejimində elektron idarəetmə sistemi olan SCADA işləməyib və "Azərenerji" ASC-nin dispetçer məntəqəsi "əllə" hərəkət edib", - deyə ekspert Osman Gündüz bildirib.

 

Onun sözlərinə görə, elektrik paylayıcı şəbəkədə SCADA sistemi Dünya Bankından (47 milyon dollar) və Almaniyanın KfW bankının (3 milyon dollar) krediti hesabına yaradılıb. Dövlət büdcəsinin vəsaiti də nəzərə alınsa, sistemin yaranması dövlətə 58 milyon dollara başa gəlib.

 

"CADA çərçivəsində bütün ölkə boyu fəaliyyətdə olan elektrik stansiyaları arasında fiber-optik şəbəkənin və 3 dispetçer məntəqəsinin qurulması, qəzaların operativ ləğvi üçün imkanların yaradılması, şəbəkənin tam rəqəmsallaşdırılması, uzaqdan idarəetmə sisteminin qurulması, enerji obyektlərində baş verən bütün fiziki proseslərin uzaqdan avtomatik idarə edilməsi və s. nəzərdə tutulub.


Əgər qeyd olunanlar bizim SCADA sistemində olubsa, düşünürəm ki kifayət qədər intellektual və ən müasir bir system olmalıydı. 


Komissiyanın dünənki toplantısında deyilənlərdən isə belə anlamaq olur ki enerji sistemində baş verən qəzada SCADA sıradan çıxıb, növbəti qərarların qəbulunda bu sistemdən istifadə mümkünsüz olub. SCADA qərar qəbul edənlərə hər hansı məlumat verə bilməyib və onlar komissiya üzvlərinə “nağıllar” danışıblar. 


Qəzadan öncə isə SCADA-nın hansı vəziyyətdə olması da maraq doğuran məsələlərdəndir.


Güman ki Komissiya SCADA sisteminin auditini, nəzərdə tutulanların yerində olmasını, sistemin dayanıqlığını və qəza zamanı nə üçün işləmədiyini araşdıracaq.


Yeri gəlmişkən, bu sistemin quraşdırılmasının birinci mərhələsində dünyada tanınmış şirkət olan SİEMENS iştirak edib. Amma nədənsə sonralar, 2007-ci ildən sonra bu şirkətin xidmətlərindən imtina edilib və müvafiq işləri görmək üçün Azərenerji Dünya Bankı ilə birgə Fransanın «Areva» şirkətini seçib.


Dünən keçirilən müşavirədən sonra hiss olunurdu ki prezident baş verənlər haqqında tam məlumatlıdır və əminəm ki yuxarıda qeyd olunanlar da daxil olmaqla qəzanın səbəbləri, enerji sisteminin bütün ölkədə çökməsi tam dərindən araşdırılacaq və təqsirkarlar öz cəzasını alacaqlar",- Osman Gündüz bildirib.

05.07.2018 14:51

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ