Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Yeni Azercell Eksklüziv indi Şamaxıda

iç səhifə xəbər başlığı altı (mobil)_31
Yeni Azercell Eksklüziv indi Şamaxıda
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Abunəçilərinin rahatlığı və  xidmət səviyyəsinin daha da yüksəldilməsi məqsədilə Azercell Telekom paytaxt və regionlarda eksklüziv mağazalarının fəaliyyətini genişləndirir.

 

Reklam_3_11

Bu dəfə şirkət Şamaxı şəhəri, Ağamirzəli Əhmədov küç. 1 ünvanında açılan yeni konsepsiyalı ofisini abunəçilərin ixtiyarına verib.

 

Xatırladaq ki, ən müasir avadanlıqla təchiz olunan mağazanın xüsusi özəlliyi ofisdə acıq sahələrin mövcudluğu, servislərin və seçim imkanlarının rahatlığıdır.

 

Belə ki, burada abunəçilər istədiyi məhsulu tədqiq və müqayisə edə, sınaqdan keçirə bilərlər. Düzgün seçim etməkdə, xidmətlərə qoşulmaqda və digər məsələlərdə isə müştərilərə peşəkar satış mütəxəssisləri dəstək olur. Bu mağazada da “izahlı qaimə” və “addan-ada” əməliyyatları istisna olmaqla, şirkətin müştəri xidmətləri mərkəzlərində təqdim olunan bütün əməliyyatlar da icra olunur. Burada abunəçilər mobil texnologiyaları dəstəkləyən əlavə cihazlar, müxtəlif aksessuarlar əldə edə, mobil telefonları kredit və nağd şəkildə ala bilərlər.

 

Mağaza həftənin bütün günləri fasiləsiz olaraq səhər saat 9:00-dan axşam 20:00-a qədər abunəçilərə yüksək keyfiyyətli xidmət göstərməyə hazırdır. Onu da qeyd edək ki, açılış günündən etibarən 3 gün ərzində Azercell Eksklüziv mağazasından alış-veriş edən müştərilər xərclədikləri məbləğin düz 50% dəyərində hədiyyə qazanmaq imkanı əldə edəcəklər.

 

Qeyd edək ki, Azercell-in Eksklüziv mağazaları Bakı (Tbilisi prospekti, 44C, Bülbül pr., 5, Qara Qarayev prospekti, ev 30\42, mənzil 52), Xırdalan (Heydər Əliyev pr. Mehdi Hüseyin küç. 54), Mərdəkan (Mərdəkan qəs., S.Yesenin küç., 92/2, m.30), Xaçmaz (Nəriman Nərimanov küç., 40), Salyan şəhəri (Heydər Əliyev küç., 105), Quba (Heydər Əliyev prospekti, 194 və Qələbə küçəsi, 12) və Sumqayıtda (11-ci Mk-rn, Koroğlu və Üzeyir Hacıbəyov küçələrinin kəsişməsi) abunəçilərin ixtiyarına verilib.

05.07.2018 15:21

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ