Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

Bu gün valyuta birjalarında güclü dalğalanma ola bilər - GÜNƏ BAXIŞ

iç səhifə xəbər başlığı altı (mobil)_31
Bu gün valyuta birjalarında güclü dalğalanma ola bilər - GÜNƏ BAXIŞ
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

ABŞ-dan açıqlanacaq məşğulluq və əmək haqlarında dəyişikliklə bağlı önəmli göstəricilər, valyuta birjalarında güclü volatilliyiə səbəb ola bilər.


 

Reklam_3_11

Cümə günü Bakı vaxtı ilə saat 16:30-da açıqlanacaq Amerikanın əmək bazarı ilə bağlı fundamental göstəriciləri dünya valyuta birjalarında güclü dalğalanmalara səbəb ola bilər.

 

Ümumi məlumat

 

Əmək bazarı ilə bağlı ABŞ-dan açıqlanacaq önəmli fundamental göstəricilər hər ayın ilk cümə günü dərc olunur. Bu göstəricilər investorlar tərəfindən diqqətlə izlənilir və beynəlxalq maliyyə bazarlarında güclü dalğalanmalara səbəb olur.Əmək bazarı ilə bağlı göstəricilər arasında işsizlik səviyyəsi, qeyri-kənd təsərrüfatı sektorunda məşğulluq sayındakı dəyişiklik (ing. NFP) və əmək haqlarında dəyişiklik dinamikası yer tutur. NFP bu göstəricilər arasında xüsusi çəkiyə malikdir. Belə ki, investorlara qiymət istiqamətinin proqnozlaşdırılması imkanını yaradır.


Nə gözlənilir?

 

İyun ayı üzrə açıqlanacaq göstəricilər arasında işsizlik səviyyəsi 3.8%, məşğulluq səviyyəsində 200000 nəfər və əmək haqlarında isə 0.3% artım proqnozlaşdırılır. Təcrübə göstərir ki, "NFP" üzrə 200000 nəfər və əmək haqlarında 0.3% üzərində açıqlanan göstərici güclü hesab edilir. İşsizlik isə artıq tam məşğulluq səviyyəsindədir. 

 

Valyuta birjalarına təsiri

 

ABŞ-da tam məşğulluq hökm sürsə də, əmək haqlarında artım Amerika Mərkəzi Bankı (FED) tərəfindən zəif qiymətləndirilir. Beləliklə, əmək haqları ilə bağlı gözləntinin üzərində sürpriz göstəricinin yayımlanması, dünya birjalarında dolların aparıcı valyutalara nisbətən orta qiymətinin 2%-ə kimi bahalaşmasına təsir edə bilər. İşsizlik və "NFP" ilə bağlı göstəricilər də proqnozlardan daha yaxşı açıqlanarsa, bu, gələcək aylarda əmək haqlarının daha güclü artımına və dolların bahalaşa biləcəyinə işarədir. Bununla yanaşı, göstəricilərin müsbət açıqlanmasına baxmayaraq, ABŞ-ın dövlət istiqrazları bazarlarındakı cari vəziyyəti dolların qiymətinə təzyiq edə bilər. Bu amili nəzərə alaraq, əlavə olaraq iki alternativ proqnozlar da diqqət mərkəzində saxlanılmalıdır. 1) Göstəricilər gözləntilərdən yaxşı açıqlanır, lakin qısa müddətli istiqrazların dəyərində ciddi irəliləyişlər yoxdur: Dolların orta qiyməti dəyər qazana bilmir, iyun ayının maksimum və minimum səviyyələri arasında dalğalanır;2) Göstəricilər gözləntilərə uyğun və ya daha zəif açıqlanır və qısa müddətli istiqrazların dəyərində də ciddi irəliləyişlər yoxdur: Dolların orta qiyməti 1%-ə kimi ucuzlaşır. 

 

Məlumat Azərbaycanın İnvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb

06.07.2018 08:34

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ