"NFP" dollara necə təsir edəcək?
Cümə günü Bakı vaxtı ilə saat 16:30-da açıqlanacaq Amerikanın əmək bazarı ilə bağlı fundamental göstəriciləri dünya valyuta birjalarında güclü dalğalanmalara səbəb ola bilər.
MƏZƏNNƏNİN DƏYİŞMƏSİNİ GƏLİRƏ ÇEVİRİN
Əmək bazarı ilə bağlı ABŞ-dan açıqlanacaq önəmli fundamental göstəricilər hər ayın ilk cümə günü dərc olunur. Bu göstəricilər investorlar tərəfindən diqqətlə izlənilir və beynəlxalq maliyyə bazarlarında güclü dalğalanmalara səbəb olur. Əmək bazarı ilə bağlı göstəricilər arasında işsizlik səviyyəsi, qeyri-kənd təsərrüfatı sektorunda məşğulluq sayındakı dəyişiklik (ing. NFP) və əmək haqlarında dəyişiklik dinamikası yer tutur. NFP bu göstəricilər arasında xüsusi çəkiyə malikdir. Belə ki, investorlara qiymət istiqamətinin proqnozlaşdırılması imkanını yaradır.
NƏ GÖZLƏNİLİR?
İyun ayı üzrə açıqlanacaq göstəricilər arasında işsizlik səviyyəsi 3.8%, məşğulluq səviyyəsində 200000 nəfər və əmək haqlarında isə 0.3% artım proqnozlaşdırılır. Təcrübə göstərir ki, "NFP" üzrə 200000 nəfər və əmək haqlarında 0.3% üzərində açıqlanan göstərici güclü hesab edilir. İşsizlik isə artıq tam məşğulluq səviyyəsindədir.
VALYUTA BİRJALARINA TƏSİRİ
ABŞ-da tam məşğulluq hökm sürsə də, əmək haqlarında artım Amerika Mərkəzi Bankı (FED) tərəfindən zəif qiymətləndirilir. Beləliklə, əmək haqları ilə bağlı gözləntinin üzərində sürpriz göstəricinin yayımlanması, dünya birjalarında dolların aparıcı valyutalara nisbətən orta qiymətinin 2%-ə kimi bahalaşmasına təsir edə bilər. İşsizlik və "NFP" ilə bağlı göstəricilər də proqnozlardan daha yaxşı açıqlanarsa, bu, gələcək aylarda əmək haqlarının daha güclü artımına və dolların bahalaşa biləcəyinə işarədir. Bununla yanaşı, göstəricilərin müsbət açıqlanmasına baxmayaraq, ABŞ-ın dövlət istiqrazları bazarlarındakı cari vəziyyəti dolların qiymətinə təzyiq edə bilər. Bu amili nəzərə alaraq, əlavə olaraq iki alternativ proqnozlar da diqqət mərkəzində saxlanılmalıdır. 1) Göstəricilər gözləntilərdən yaxşı açıqlanır, lakin qısa müddətli istiqrazların dəyərində ciddi irəliləyişlər yoxdur: Dolların orta qiyməti dəyər qazana bilmir, iyun ayının maksimum və minimum səviyyələri arasında dalğalanır; 2) Göstəricilər gözləntilərə uyğun və ya daha zəif açıqlanır və qısa müddətli istiqrazların dəyərində də ciddi irəliləyişlər yoxdur: Dolların orta qiyməti 1%-ə kimi ucuzlaşır.
Məlumat Azərbaycanın İnvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb
Risk bildirişi: Yuxarıda göstərilən məlumatlar tamamilə tövsiyə xarakterlidir. Bu fəaliyyət üzrə həyata keçirilən əməliyyatlar yüksək risk qrupuna daxildir və “InvestAZ İnvestisiya Şirkəti” QSC yuxarıda göstərilən məlumatlar əsas götürülməklə, həyata keçirilən investisiya əməliyyatları üzrə heç bir öhdəlik daşımır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 14 saat əvvəl
- 15 saat əvvəl
-
15 saat əvvəl
“Kristal plaza Baku” restoranının fəaliyyəti məhdudlaşdırılıb
-
17 saat əvvəl
Birbank Biznes-dən yeni müştərilərə özəl “Xoş gəldin” kampaniyası
- 18 saat əvvəl
-
18 saat əvvəl
Xalq Bank növbəti dəfə irihəcmli beynəlxalq sindikat kreditləşməsi sövdələşməsində iştirak edib
-
19 saat əvvəl
Cənubi Koreyanın 4 avtomobil istehsalçısı 206 mindən çox avtomobilini geri çağırır
- 20 saat əvvəl
-
20 saat əvvəl
Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü başlayıb
- 20 saat əvvəl
- 20 saat əvvəl
- 21 saat əvvəl