Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

“TBC Kredit” mənfəət açıqladı

iç səhifə xəbər başlığı altı (mobil)_31
“TBC Kredit” mənfəət açıqladı
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

“TBC Kredit” Bank Olmayan Kredit təşkilatı 2017-ci ili 1 milyon 188 min manat xalis mənfəətlə başa vurub. Halbuki, təşkilat 2016-cı ili 7 milyon 723 min manat zərər ilə bağlamışdı.

 

“Marja” təşkilatın maliyyə hesabatına istinadən xəbər verir ki, ötən il “TBC Kredit”in faiz gəlirləri 5 milyon 564 min manat, faiz xərcləri isə 2 milyon 120 min manat təşkil edib. Nəticədə 3 milyon 444 min manat xalis gəlir əldə edilib. Həmçinin, ehtiyatlardan 1 milyon 202 min manat azad olub və cəmi gəlir 4 milyon 646 min manata yüksəlib. İnzibati və digər xərclər çıxıldıqdan sonra 1 milyon 569 min manat mənfəət yaranıb. Mənfəətdən 381 min manat mənfəət vergisi ödənilib.

 

2016-cı ildə “TBC Kredit”in faiz gəlirləri 8 milyon 299 min manat təşkil etsə də, ehtiyatlara 9 milyon 364 min manat ayrıldığından təşkilat həmin ili zərər ilə bağlamışdı.

 

ONLAYN MÜRACİƏTLƏ 1 İŞ GÜNÜNƏ MANAT KREDİTLƏRİ

 

31 Dekabr 2017-ci il tarixində “TBC Kredit”in cəmi aktivləri 25 milyon 326 min manat, o cümlədən müştərilərə verilmiş kreditlər 19 milyon 290 min manat təşkil etmişdir. 2016-cı ilin sonunda təşkilatın kredit portfeli 26 milyon 193 min manat, o cümlədən kredit portfeli 20 milyon 206 min manat təşkil etmişdi. “TBC Kredit” 2018-ci ildə kredit şərtlərini daha sərfəli edib və fəaliyyətini gücləndirib.

 

"TBC Kredit"in  səhmlərinin 75% Gürcüstanın aparıcı banklarından olan "TBC Bank"a, 25% isə "Triodos Ventures"ın ( ABŞ) üzvü olan "Enclude" şirkətinə (əvvəlki Shore Overseas Azerbaijan) məxsusdur.

06.07.2018 10:37

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ