İşgüzar xanımların diqqətinə - 14,9%-lə KREDİT ALACAQSINIZ

(®) “Rabitəbank” özünün 25 illiyi münasibətilə növbəti yeni kredit məhsulunu elan edir:

 

“Rabitəbank” iyul ayının 1-dən etibarən ölkədə sahibkarlığın və biznesin inkişafına, xüsusilə də qadın sahibkarların fəaliyyətlərinə dəstək məqsədilə sahibkarlıq fəaliyyəti ilə məşğul olan xanımlar üçün illik cəmi 14,9%  olmaqla 1.000.000 AZN-ə qədər biznes kreditləri təklif edir.  Kredit təyinatı dövriyyə vəsaitinin artırılması ilə yanaşı əsas vəsaitin alınması və ya tikinti məqsədli ola bilər.

 

Bundan əlavə, 31 iyul 2018-ci il tarixinə kimi veriləcək kreditlərdə heç bir komissiya haqqı hesablanmayacaq. Verilən tarixədək  kredit komissiyası və qiymətləndirmə komissiyası 0% olaraq tətbiq olunacaq.

 

Qeyd edək ki, bu biznes kreditləri ticarət, istehsalat, sənaye, xidmət, kənd təsərrüfatı və s. kimi sahələrdə sahibkarlıq fəaliyyəti ilə məşğul olan bütün fiziki və hüquqi qadın şəxslərə şamil olunur.

 

Digər bütün qaydalar kreditlərə tətbiq olunan standart qaydalardan ibarətdir. Daha ətraflı məlumat almaq üçün bankın 133 qısa nömrəsinə zəng edə, onlayn olaraq https://bit.ly/2tZYRxi səhifəsinə keçid edə bilərsiniz.

 

Biznes kreditini onlayn sifariş etmək üçün: http://www.rabitabank.com/az/order_consumer

 

6 İyul 2018 , 15:48   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Eurohome
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99412)437-84-44,(+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin