Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Bakcell Dağlıq Qarabağda qanunsuz fəaliyyətə etiraz edib

iç səhifə xəbər başlığı altı (mobil)_31
Bakcell Dağlıq Qarabağda qanunsuz fəaliyyətə etiraz edib
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) mobil operatoru “Etisalat”la Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərində qeyri-qanuni fəaliyyət göstərən “Karabakh Telecom” arasında rouminq razılaşmasının ləğvindən məmnunluğunu ifadə edir.

 

Reklam_3_11

Özünün uzunmüddətli rouminq partnyoru olan “Etisalat” şirkətinin “Karabakh Telecom”la əməkdaşlığa başlaması ilk günlərdən Bakcell şirkətini narahat edib. Bununla bağlı Şirkət rəhbərliyi tərəfindən dəfələrlə “Etisalat”a rəsmi məktubla müraciət edilib. Məktublarda qeyd olunub ki, Dağlıq Qarabağ Azərbaycan Respublikasının ayrılmaz hissəsidir və bu fakt beynəlxalq səviyyədə tanınır. Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində qanunsuz fəaliyyət göstərən “Karabakh Telecom” şirkəti ilə əməkdaşlıq “Etisalat” şirkətinin beynəlxalq nüfuzuna böyük zərbədir və bu əməkdaşlıqdan əldə olunan gəlirlər qeyri-qanuni rejimin fəaliyyətinin maliyyələşdirilməsi üçün istifadə olunur.

 

“Etisalat” mobil operatoru isə öz növbəsində “Karabakh Telecom”la əməkdaşlığını məhz “Karabakh Telecom”un Ermənistanda rəsmi qeydiyyatının olması ilə əsaslandırırdı. Lakin “Bakcell” qəti mövqe ortaya qoyaraq bildirib ki, “Etisalat” və “Karabakh Telecom”un əməkdaşlığının davam etməsi “Bakcell” ilə “Etisalat” arasındakı biznes münasibətlərinin birtərəfli şəkildə dayandırlması ilə nəticələnəcək. 

 

Bakcell şirkəti Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin bu istiqamətdə atdığı addımları yüksək dəyərləndirir və problemin həllində göstərdiyi səylərə görə dərin təşəkkürünü bildirir.

06.07.2018 14:26

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ