4 trilyon dolları qoruyan adam

iç səhifə xəbər başlığı altı (mobil)_31
4 trilyon dolları qoruyan adam

İsveçrəli iş adamı  Francisco Fernandez, dünya üzrə milyonlarla insanın pulunu qoruyur.


 
4 trilyon dolların təhlükəsizliyindən məsul olan Francisco Fernandez, "Avaloq" adlı şirkətin banisidir. 2 min 500 işçisi olan "Avaloq", dünyanın ən böyük bank proqram şirkətlərindən biridir. Şirkətin sistemləri, aralarında HSBC, Barclays, Deutsche Bank, Societe General, UBS, Nomura və İş Bankının da olduğu 450-dən artıq bank tərəfindən istifadə edilir.


 
 "Marja" xəbər verir ki, bankları kiber hücumlardan qoruyan "Avaloq", proqramlarının kifayət qədər etibarlı olması məqsədilə İsrailin yüksək texnologiya şirkətlərinə, öz sistemlərinə hücum etməsi üçün pul ödəyir. Manuel, "İsraillilər, bu işdə çox yaxşıdırlar. Gənc proqramçılar, ordudan yeni tərxis olublar və çox parlaqdırlar. Onlardan sistemlərimizə hücum etmələrini istəyirik. Məqsəd sistemlərimizi "güllə keçirməz" etməkdir" deyir.
 
 
İllik gəliri yarım milyard dollardan çox olan şirkət, 1991-ci ildən bəri çox məsafə qət etmişdir. Francisco Fernandez, "Avaloq"u, 200 min dollara İsveçrə Bankı "BZ Bank"ın kompüter sistemini satın alaraq qurub. Sistem satışa hazır vəziyyətə gəlincə, risk götürməyən İsveçrə bankları, o vaxt yalnız 20 əməkdaşı olan kiçik bir şirkətin məhsulunu almağa ehtiyat ediblər. Ancaq Manuel, sistemini İsveçrə Mərkəzi Bankına tanıtmağı nail olduqdan sonra yeni müştərilər gəlməyə başlayıb.

08.02.2017 05:59

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ