Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

AFB Banka departament direktoru və kreditlər üzrə mütəxəssis tələb olunur

iç səhifə xəbər başlığı altı (mobil)_31
AFB Banka departament direktoru və kreditlər üzrə mütəxəssis tələb olunur

AFB Bank Hesabatlıq və təhlil departamentinin direktoru vəzifəsinə vakansiya elan edir.

 

Vəzifə: Hesabatlıq və təhlil departamentinin direktoru
İş qrafiki: 09:00 - 18:00 (Bazar ertəsi - Cümə)

Ünvan: Bakı şəhəri.

 

NAMİZƏDƏ DAİR TƏLƏBLƏR: 

• Analitik bacarıqlar, böyük məlumat bazası ilə işləmək bacarığı;

• Mərkəzi Bankın və MBNP-nın normativ aktları haqqında nəzəri biliklər;

• MBNP-nın və Mərkəzi Bankın hesabatlarının hazırlanması ilə bağlı iş təcrübəsinin olması;

• Yüksək səviyyədə excel bilikləri;

• Proqramlama dillərində biliklər;

• SQL Server və Oracle sistemlərində biliklərə sahib olmaq;

• Bİ Tool-la iş təcrübəsi;

• Maliyyə hesabatlarının təhlili üzrə bilikər;

• Məlumat bazasının (DB) yaradılması və menecment hesabatlarının hazırlanması.                         

 

İŞİN TƏSVİRİ:

• MİS -in qurulmasının və daimi təkmilləşdirilməsinin təmin edilməsi;

• Bankın bütün struktur bölmələrindən və filiallarından statistik məlumatların qəbul olunması       (toplanması), emalı, icmallaşdırılması və bu məlumatlar əsasında Bankın maliyyə təhlilinin  aparılması;

• Bankın fəaliyyəti barədə aylıq, rüblük və illik statistik hesabatların hazırlanması;

• Bank üzrə statistik elektron məlumatlar bazasının yaradılması və bu bazanın daima      təkmilləşdirilməsi istiqamətində zəruri tədbirlərin görülməsi;

• Bankın səmərəlilik göstəriciləri üzrə təhlillərin aparılması və bütövlükdə Bankın gəlirliyinin artırılması, strateji hədəflər və maliyyə məqsədlərinin yerinə yetirilməsinin təmin olunması üzrə təkliflərin hazırlanması;

• Mərkəzi Banka, Vergilər Nazirliyinə və digər dövlət orqanlarına təqdim olunan hesabatların hazırlanıb təqdim edilməsi;

• Bankın rəhbərliyinin Bankın fəaliyyəti ilə bağlı bütün statistik məlumatlarla təmin edilməsi.

 

Uyğun namizədlərdən CV-lərini mövzu sətrində “Hesabatlıq və təhlil departamentinin direktoru” qeydi edərək [email protected] elektron ünvanına göndərməyinizi xahiş edirik.


 

AFB Bank Korporativ kreditlər üzrə mütəxəssis vəzifəsinə vakansiya elan edir.

 

Vəzifə: Korporativ kreditlər üzrə mütəxəssis
İş qrafiki: 09:00 - 18:00 (Bazar ertəsi - Cümə)

Ünvan: Bakı şəhəri.

 

NAMİZƏDƏ DAİR TƏLƏBLƏR: 

• Ali təhsil (iqtisadi, maliyyə, dəqiq elmlər üzrə təhsil);

• Müvafiq sahə üzrə minimum 2 il iş təcrübəsi;

• Bank (kredit və qeyri-kredit) məhsulları üzrə dərin biliklərə və geniş məlumatlara malik olması;

• Sahəyə aid olan qayda və normativləri bilmək;

• Yaxşı ünsiyyət bacarıqları;

• Azərbaycan və Rus dillərində səlis danışmaq bacarığı, İngilis dilini bilənlərə üstünlük verilir;

• Ofis proqramlarından mükəmməl istifadə bacarığı;

• Komandada işləmək bacarığı.

 

İŞİN TƏSVİRİ:

• Yeni korporativ müştərilərin cəlb edilməsi məqsədi ilə müştərilərlə birbaşa əlaqələr qurmaq;

• Bankın kredit və qeyri-kredit məhsullarının satışını təşkil etmək;

• Korporativ müştərilərə Bank xidmətlərini təklif etmək;

• Korporativ müştəriləri bank məhsulları, tariflər və digər xidmətlər barədə məlumatlandırmaq;

• Müştərilərdən ödəniş tapşırıqları və digər sərəncamları müvafiq qaydada qəbulu və icrası.

 

Uyğun namizədlərdən CV-lərini mövzu sətrində “Korporativ kreditlər üzrə mütəxəssis” qeydi edərək [email protected] elektron ünvanına göndərməyinizi xahiş edirik.


 

AFB Bank Hesabatlıq və təhlil departamentinin baş mütəxəssis və mütəxəssis vəzifələrinə vakansiya elan edir.

 

Vəzifə: Hesabatlıq və təhlil departamenti - baş mütəxəssis, mütəxəssis
İş qrafiki: 09:00 - 18:00 (Bazar ertəsi - Cümə)

Ünvan: Bakı şəhəri.

 

NAMİZƏDƏ DAİR TƏLƏBLƏR: 

• Analitik bacarıqlar, böyük məlumat bazası ilə işləmək bacarığı

• Mərkəzi Bankın və Palatanın normativ aktları haqqında nəzəri biliklər

• Palatanın və Mərkəzi Bankın hesabatlarının hazırlanması ilə bağlı iş təcrübəsinin olması

• Excel-i yüksək dərəcədə bilmək

• Maliyyə Hesabatlarının Təhlili üzrə bilikər

• Məlumat bazasının (DB) yaradılması və menecment hesabatlarının hazırlanması                         

 

İŞİN TƏSVİRİ:

• Bankın bütün struktur bölmələrindən və filiallarından statistik məlumatların qəbul olunması       (toplanması), emalı, icmallaşdırılması  və bu məlumatlar əsasında Bankın maliyyə təhlilinin  aparılması;

• Bankın fəaliyyəti barədə aylıq, rüblük və illik statistik hesabatların hazırlanması;

• Mərkəzi Banka, Vergilər Nazirliyinə və digər dövlət orqanlarına təqdim olunan hesabatların hazırlanıb göndərilməsi;

• Bankın rəhbərliyinin Bankın fəaliyyəti ilə bağlı bütün statistik məlumatlarla təmin edilməsi.

 

Uyğun namizədlərdən CV-lərini mövzu sətrində “Hesabatlıq və təhlil departamenti - baş mütəxəssis, mütəxəssis” qeydi edərək [email protected] elektron ünvanına göndərməyinizi xahiş edirik.

06.07.2018 19:32

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ