Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Varlıya vergi, kasıba ayda 500 dollar!

iç səhifə xəbər başlığı altı (mobil)_31
Varlıya vergi, kasıba ayda 500 dollar!

Facebook-un qurucu ortaqlarından olan və daha sonra şirkətdən ayrılaraq Obamaya məsləhətlər verən Chris Hughes gəlir bərabərsizliyini həll etmək üçün maraqlı bir formul dilə gətirib. Formula görə, zənginlərdən yüksək vergi alınaraq aşağı gəlirlərə aylıq sabit maaş ödənilməlidir.


 

Reklam_3_11

Mark Zuckerberg və Harvard Universitetindəki üç tələbə yoldaşı ilə bərabər, Facebook-un beş qurucusundan biri olan Chris Hughes, bu sayədə  500 milyon dollar qazanıb. O, Amerikada yanlış olan bir şey olduğunu düşünür.
 

Ən aşağı gəlir səviyyəli insanlara dövlətin maaş bağlaması lazım olduğunu söyləyən Hughes, bunun da zənginlərdən alınacaq verginin artırılması hesabına ödənilməsi lazım olduğuna inanır.
 

Hughes, "ABŞ-dakı gəlir bərabərsizliyi Böyük Böhrandan bəri bu qədər pis olmayıb. İşsizliyin 3,9 faiz olduğunu və birjanın rekord səviyyəyə qalxdığını oxusaq da, əslində  ortalama gəlir 40 ildir ki, dəyişməyib" deyib.
 

Hughes, dövlətin bütün vətəndaşlara sabit bir pul ödəməsini nəzərdə tutan Təməl Gəlir (Universal Basic Income) adlı layihəyə əslində inanmadığını, bu səbəbdən varlılara 50 faiz vergi qoyularaq, aşağı gəlirlərə 500 dollar aylıq ödəniş edilməsini dəstəklədiyini əlavə edib.
 

1 GÜNƏ KREDİT ALIN!

 

Bu planın ildə 290 milyard dollara başa gələcəyini deyən Hughes, 50 faiz verginin ildə 250 min dollar və daha çox gəlir əldə edənlərdən alınması lazım olduğunu bildirib. ABŞ-da ildə 200 min dollar və daha yüksək gəlir əldə edənlər hazırda 35 faiz vergi ödəyirlər.
 

Hughes, aylıq 500 dollar maaşın insanların həyatını bir az da olsun sakitləşdirəcəyini əlavə edib.

07.07.2018 04:44

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ