Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Elmar Vəliyevin səhhəti ilə bağlı Səhiyyə Nazirliyinin məlumatı yoxdur

iç səhifə xəbər başlığı altı (mobil)_31
Elmar Vəliyevin səhhəti ilə bağlı Səhiyyə Nazirliyinin məlumatı yoxdur

Gəncə şəhərinin güllə yarası almış icra başçısı Elmar Vəliyevin hazırda müalicəsini İsraildə davam etdirdiyi barədə məlumatlar var. E.Vəliyevin dövlət məmuru olduğunu nəzərə alsaq, normalda ölkənin Səhiyyə Nazirliyi onun səhhəti ilə bağlı vəziyyəti diqqətdə saxlamalı və rəsmi açıqlamalar da bu qurumdan verilməlidir.

 

Reklam_3_11

Amma nazirliyin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova bildirib ki, Elmar Vəliyevin səhhəti ilə bağlı nazirlikdə hər hansı məlumat yoxdur:


“Bununla bağlı məlumat hüquq-mühafizə orqanlarındadır. Biz məlumatsızıq”.

 

Respublika Baş Prokurorluğunun, Daxili İşlər Nazirliyinin və Dövlət Təhlükəsizliyi Xidmətinin birgə məlumatına görə, iyulun 3-də Elmar Vəliyevi və mühafiəzçisini güllələmiş 1983-cü il təvəllüdlü, Gəncə şəhərində anadan olmuş Rusiya vətəndaşı Yunis Səfərov tutularaq, tərksilah edilib. 

 

TBC KREDİTDƏN KAMPANİYA: TƏMİRİ İNDİ ET, ÖDƏNİŞƏ 3 AY SONRA BAŞLA

 

Respublika Baş Prokurorluğunun, Daxili İşlər Nazirliyinin və Dövlət Təhlükəsizliyi Xidmətinin birgə məlumatına görə, fakt üzrə Baş Prokurorluqda Cinayət Məcəlləsinin 29, 120.2.3-cü, 120.2.7-ci (zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar qəsdən adam öldürməyə cəhd) və 228-ci (qanunsuz olaraq odlu silah əldə etmə) maddələri ilə cinayət işi başlanıb.

 

© Modern

09.07.2018 08:35

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ