Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

“Azərbaycan Sənaye Sığorta”nın sədri: "Gözlədiyimizdən də irəlidəyik"

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Azərbaycan Sənaye Sığorta”nın sədri: "Gözlədiyimizdən də irəlidəyik"
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

“Azərbaycan Sənaye Sığorta” şirkətinin İdarə Heyətinin sədri Kamran Babayevlə müsahibə.

 

Reklam_3_11

-Kamran bəy, sığorta bazarı üzrə 5 aylıq nəticələr məlumdur. “Azərbaycan Sənaye Sığorta”nın göstəriciləri sizi qane edirmi?

 

- Son statistikaya əsasən yığımların həcmində də gözlədiyimizdən də irəlidəyik. Sığorta ödənişləri də planladığımız həcmdədir. Mənfəətin həcminə gəldikdə isə planladığımız mənfəətin üzərindəyik. Yanvar-may ayları üzrə “Azərbaycan Sənaye Sığorta”nın xalis mənfəəti 500 min manatdan çoxdur.

 

- Sığorta yığımları nəyin hesabına artıb? 

 

-  Böyüməkdə olan əsas portfelimiz yük sığortası ilə bağlıdır. Bu sahədə yeni müştərilər əldə etmişik. Yük sığortası ilə bağlı 4-5 il layihəni qazanmışıq. Bundan əlavə, əmlak sığortasında artım olub. Əmlak sığortasında 2 böyük risk götürmüşük. Bunlardan biri “Fairmont Hotel Baku”nun sığortasıdır. Bura əmlakın sığortası, dəzgah sınmasından sığorta, electron cihazların sığortası, daşınar və daşınmaz əmlakın sığortası daxildir. Digəri xarici ölkədə əmlak sığortasıdır. 

 

- “Fairmont Hotel Baku”nun sığortası neçəyə başa gəlib?

 

- Kommersiya sirri olduğu üçün sığorta haqqı və yaxud sığorta öhdəliyinin həcmini açıqlaya bilmərik.

 

- Kənd təsərrüfatı sığortasında son durum necədir?

 

- İndiyə qədər 8500 hektar sahədə əkin sahələrini sığortalamışıq.Bunlar əsasən şəkər çuğunduru sahələridir. Hədəflərə gəldikdə,  biz portfelimizi mütəmadi olaraq təhlil edirik. Zərərli və mənfəətli sahələri ayırırıq. Bundan sonra mənfəətli sahələrə fokuslanırıq. Zərərli sığorta növləri işləməyin mənası yoxdur. Sığorta yığımları bir tərəfdən artırsa, digər tərəfdən gözlənilməyən zərərlər ortaya çıxır. Tez böyüməyə tələsmirik.

 

-Gözlənilməyən sığorta ödənişlərlə qarşılaşmısızmı?

 

- Əsasən kənd tərəssüfatı sahəsində dolunun vurduğu ziyanla bağlı 3-4 bölgədə sığorta hadisəsi olub. Ekspertlər hadisə yerinə baxıb aktlaşdırıblar. Zərərin tam olaraq həcmi çuğundur yığımı zamanı müəyyən ediləcək. Amma böyük bir zərər gözlənilmir.

 

- Kamran bəy, ötən ay Bakıda Beynəlxalq Sığorta Forumu keçirildi. Sizin üçün hansısa yeniliklər oldumu?

 

 - Burada bütün ölkələrdən partnyorlar iştirak edirdi. Bu da bir şans idi ki, hamı ilə görüşüb gələcək planlarımızı müzakirə edək. Təkrarsığortaçı partnyorlarımızda fəaliyyətimizi daha da genişləndirmək üçün imkanlar var. 

 

TBC KREDİTDƏN KAMPANİYA: TƏMİRİ İNDİ ET, ÖDƏNİŞƏ 3 AY SONRA BAŞLA

 

© Fins

09.07.2018 09:57

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ