Ən yuxarı statik reklam_3
Mobil manşet üstü reklam-3_21

Qubada hoteldə qəza - ÖLƏN VAR

iç səhifə xəbər başlığı altı (mobil)_31
Qubada hoteldə qəza  - ÖLƏN VAR
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Quba rayonunda bədbəxt hadisə baş verib.

 

Reklam_3_11

Qubadakı hotellərdən birində ("Quba Palace") kanatın qırılması nəticəsində hotelin əməkdaşı, Qubanın Amsar kənd sakini 1992-ci il təvəllüdlü İsayev Rüzgar Mürvət oğlu ölüb.

 

Quba rayon sakinləri, 1958-ci il təvəllüdlü Həsənov Rafiq Əziz oğlu və 1985-ci il təvəllüdlü Əliməmmədov Ruhid Mehman oğlu xəsarət alaraq Quba Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

 

Faktla bağlı araşdırma aparılır.

 

TBC KREDİTDƏN KAMPANİYA: TƏMİRİ İNDİ ET, ÖDƏNİŞƏ 3 AY SONRA BAŞLA

 

XXX

 

Quba rayon Mərkəzi Xəstəxanasının baş həkimi Əliyar Səfərov bildirib ki, bu gün Quba rayonundakı "Rixos" otelinə məxsus kanatda baş verən hadisə nəticəsində  xəsarət alanlar şəxslərdən birinin vəziyyəti yaxşı olduğu üçün evə buraxılıb.

 

Baş həkim qeyd edib ki, hadisə nəticəsində xəstəxanaya 2 nəfər gətirilib:


"1958-ci il təvəllüdlü Rafiq Həsənov sağ ayağın aşağı ətrafının sıyrılmış yarası və 1985-ci il təvəllüdlü Rahid Əliməmmədov döş qəfəsinin əzilməsi diaqnozu ilə xəstəxanaya daxil olub. Yaralılara ilkin tibbi yardım göstərildikdən sonra Rafiq Həsənov evə buraxılıb. Rahid Əliməmmədovun isə müalicəsi davam etdirilir, vəziyyəti stabildir, həyati təhlükəsi yoxdur”.

 

İSTƏNİLƏN MƏQSƏD ÜÇÜN KREDİTƏ MÜRACİƏT EDİN

 

XXX

 

FHN “Quba Palace Hotel”də baş verən faciə ilə bağlı məlumat yaydı

 

Fövqəladə Hallar Nazirliyi (FHN) Quba rayonunda “Quba Palace Hotel”də baş vermiş bədbəx hadisə ilə bağlı məlumat yayıb.

 

Məlumatda bildirilib ki, ilkin araşdırmalara əsasən, Rusiya Federasiyasının "SCADA” şirkəti tərəfindən kanatda aparılan təmir işləri ilə bağlı kanat yolu 20.06.2018-ci il tarixindən istifadədə olmayıb. Hadisə yerdə, təmir işləri aparılan zaman baş verib. Nəticədə təmir işlərinə cəlb edilmiş 1 nəfər ölüb, 2 nəfər xəsarət alıb.

 

Hadisə ilə bağlı aidiyyatı orqanlar tərəfindən araşdırmalar aparılır.

 

© APA, Modern

09.07.2018 11:41

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ