Nissan emissiya etirafı

Nissan Yaponiyadakı zavodlarında havaya atılan tullantıların səviyyəsi (emissiya) sınaqlarında saxtakarlıq edildiyini qəbul edib.
 

"Kyodo"nun xəbərinə görə, avtomobil şirkəti, 5 zavodda avtomobillərin emissiyaları və ya yanacaq sərfiyyatı ilə bağlı göstəricinin yenidən yazıldığını ya da testlərin uyğun olmayan şəraitdə həyata keçirildiyinin müəyyən edildiyini açıqlayıb. Qısası, yanacaq istifadəsi və zəhərli qazların emissiyası barədə real göstəricilər gizlədilib.
 

Saxtakarlığın cəmi 1171 avtomobilə təsir etdiyi, mövzu ilə bağlı hərtərəfli istintaq aparılacağı və gələcəkdə bənzər bir vəziyyətlə qarşılaşmamaq üçün lazımi tədbirlərin görüləcəyi bildirilib.
 

Nissan-ın keçən il avtomobilləri test etmək üçün illərlə sertifikatsız fəhlə işlədiyi ortaya çıxmış, şirkət daxili bazardakı bir milyondan çox avtomobilini geri cağırmaq məcburiyyətində qalmışdı.

 

Qeyd edək ki,  bu məlumatlardan sonra “Nissan”ın səhmlərinin qiyməti 4,6% ucuzlaşıb. 2018-ci ilin əvvəlindən şirkətin səhmlərinin qiyməti 11% ucuzlaşıb.  

9 İyul 2018 , 16:51   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99412)437-84-44,(+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin