Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

“BREXIT”: Avro və funtda ucuzlaşma - GÜNƏ BAXIŞ

iç səhifə xəbər başlığı altı (mobil)_31
“BREXIT”: Avro və funtda ucuzlaşma - GÜNƏ BAXIŞ

İngiltərə hökümətində "BREXIT" fonunda fikir ayrılıqları, dövlət nümayəndələrinin istefaları və prosesin Avropa ilə danışıqlara təsiri diqqət mərkəzində.

 

Reklam_3_11

Dünya valyuta birjalarında aparıcı valyutaların dollara nisbətən məzənnələrində ucuzlaşma müşahidə edilir. Belə ki, Avropa ilə İngiltərə arasında “BREXIT” mövzusunda gözləntilər və risklər EUR/USD və GBP/USD məzənnələrinə mənfi təsir edir.

 

EUR/USD məzənnəsi 1.18$-a kimi bahalaşdıqdan sonra 1.17$-a kimi ucuzlaşıb və 1.1726$-ı da aşağı istiqamətdə qırarsa, 1.1616$-a kimi ucuzlaşa bilər. GBP/USD məzənnəsi də bazar ertəsi 1.32$-a kimi 1.3% ucuzlaşıb və 1.31$-a kimi ucuzlaşa bilər.

 

Yaponiyada isə güclü təbii fəlakət ilə bağlı xəbərlər USD/JPY məzənnəsinin 0.7%-a kimi bahalaşmasına səbəb olub. 111.08 yenə kimi bahalaşan məzənnə 111.13 yeni də yuxarı istiqamətdə qırarsa, 111.70 və 112.30 yenə kimi - son yarım ilin maksimum səviyyəsinə kimi də bahalaşa bilər. Ölkədə güclü yağış və torpaq sürüşmələri Yaponiyanın cənub-qərb regionunda çoxlu insan təlafatına səbəb olub, şəhərlər su altında, işıq və enerjisiz qalıb. Məzənnə

 

Bununla yanaşı, bu gün Bakı vaxtı ilə saat 12:30 və 13:00-da müvafiq olaraq açıqlanacaq İngiltərənin sənaye sektoru və Avrozona iqtisadiyyatı ilə bağlı gələcək gözləntiləri ölçən indeks investorların diqqət mərkəzindədir.

 

Məlumat Azərbaycanın İnvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb

10.07.2018 06:57

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ