Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

“İnkişaf üçün maliyyə” BOKT-un xalis zərəri 22 dəfə azalıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
“İnkişaf üçün maliyyə” BOKT-un xalis zərəri 22 dəfə azalıb

“İnkişaf üçün maliyyə” ASC bank olmayan kredit təşkilatı (BOKT) 2017-ci ili 269 min manat xalis zərərlə başa vurub.

 

BOKT-un maliyyə hesabatına görə, bu, 2016-cı ilə nisbətən 21,9 dəfə azdır.

 

Ötən il “İnkişaf üçün maliyyə”nin gəlirləri, həm də faiz gəlirləri 2,446 milyon manat, xərcləri 2,723 milyon manat, o cümlədən faiz xərcləri 392 min manat, xüsusi ehtiyatlara ayırmaları 83 min manat, mənfəət vergisi ödəmələri üzrə qənaəti isə 90 min manat təşkil edib.

 

Bu il yanvarın 1-nə “İnkişaf üçün maliyyə”nin aktivləri 5,52 milyon manat olub ki, bu da illik müqayisədə 23% azdır. Bunun 4,117 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. 2017-ci ildə BOKT-un kredit portfeli 27,3% kiçilib.

 

Hesabat dövründə “İnkişaf üçün maliyyə”nin öhdəlikləri 20,9% azalaraq 5,201 milyon manata, balans kapitalı isə 45,9% azalaraq 318 min manata düşüb.

 

TBC KREDİTDƏN KAMPANİYA: TƏMİRİ İNDİ ET, ÖDƏNİŞƏ 3 AY SONRA BAŞLA

 

© Renkinq

10.07.2018 07:08

Müştərilərin xəbərləri

Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ