“Chevrolet Malibu”-nun Bakıda təqdimat mərasimi keçirildi

“Estetik Təcəssüm” – devizi ilə yenilənmiş ChevroletMalibu modelinin Azərbaycanda təqdimatı keçirilib.

 

“Fairmont Baku” otelində, Chevrolet və Cadillac avtomobillərinin Azərbaycandakı rəsmi nümayəndəsi olan Performance Center şirkəti, ictimaiyyətə yenilənmiş 3 avtomobil modelini təqdim edib: Chevrolet Aveo, Chevrolet Trax və əsas flaqman sayılan Chevrolet Malibu.

 

Avtomobil bazarında xüsusi paya sahib olan və 20 ildən çoxdur ki, fəaliyyət göstərən Performance Center şikrətinin nümayiş etdirdiyi yeni modellər, avtomobil həvəskarları tərəfindən xüsusi maraqla qarşılanıb. Müasir və dinamik xarici görünüşə, rahat interyerə və ən son texnoloji yeniliklərə sahib avtomobillərin alıcıları hər baxımdan qane edəcəyi heç kəsdə şübhə doğurmur.

 

Xüsusi ilə estetik təcəssüm sloqanı ilə təqdim edilən yenilənmiş Malibu modeli öz tərzinə uyğun avtomobil axtaranlar üçün ideal seçim kimi görünür.

 

Müstəsna idarəetmə həzzini özündə birləşdirən, yenilənmiş Chevrolet Malibu minimum risklə idarəetməni və müasir texnologiyanı, əzəmətli xarici görünüşlə birləşdirərək sözün həqiqi mənasında  ESTETİK TƏCƏSSÜM nümunəsi yarada bilib…

 

Qeyd edək ki, Sözügedən avtmobilləri Performance Center şirkətinin satış ofislərinə yaxınlaşaraq sərfəli satış şərtləri ilə: ilkin ödəniş 20% olmaqla 60 ay müddətinə manatla kreditlə əldə edə bilərsiniz.

 

10 İyul 2018 , 13:17   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Eurohome
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99412)437-84-44,(+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin