"Turan Bank"ın rəhbərliyi dəyişib

"TuranBank"ın Səhmdarlarının Ümumi Yığıncağının 29.06.2018-ci il tarixli qərarı ilə Bankın idarəetmə orqanlarının tərkibində dəyişikliklər edilib.

 

Bankdan  verilən məlumata görə, İdarə Heyətinin sədri vəzifəsini icra edən Rauf Kazımov Müşahidə Şurasının sədri seçilib, Bankın İdarə Heyəti sədrinin birinci müavini olmuş Fəzail Musayev isə İdarə Heyətinin sədri vəzifəsinə təyin olunub.

 

Eyni zamanda, Bankın İdarə Heyətinin üzvü Orxan Qarayev İdarə Heyəti sədrinin müavini vəzifəsinə seçilib.

 

Qeyd edək ki, Bankın Müşahidə Şurasının sədri Fuad Musayev başqa işə keçməsi ilə əlaqədar vəzifəsini tərk edib.

10 İyul 2018 , 16:23   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Af Biznes Merkezleri
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99412)437-84-44,(+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin