Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin sədrinin müavinləri vəzifəsinə təyinatlar

iç səhifə xəbər başlığı altı (mobil)_31
Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin sədrinin müavinləri vəzifəsinə təyinatlar

 

 Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Sədri Orxan Məmmədovun İqtisadiyyat Naziri ilə razılşadırılmış müvafiq əmri ilə sədrin müavini vəzifəsinə təyinatlar olub.

.

Müvafiq əmrlə Həsənov Natiq Namiq oğlu Agentlik sədrinin birinci müavini, Nadir Adil oğlu Adilov sədrin müavini və Elçin Arzu oğlu İbrahimov sədrin müavini vəzifəsinə təyin ediliblər. Hər üç şəxs eyni zamanda KOBİA İdarə Heyətinin üzvü vəzifəsinə də təyin olunublar.

 

Həsənov Natiq Namiq oğlu

 

Həsənov Natiq Namiq oğlu 1979-cu ildə anadan olub. Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Dövlət və bələdiyyə idarəetməsi fakültəsini bitirib. Azərbaycan Dövlət İqtisad Universitetində magistr təhsilini başa vurub. İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunun aspirantıdır. Əmək fəaliyyətinə 2001-ci ildən özəl sektorda başlayıb. Həmin ildən 2008-ci ilədək bir sıra şirkət və təşkilatlarda müxtəlif vəzifələrdə çalışıb. 2008-2012-ci illərdə İqtisadiyyat Nazirliyində Sahibkarlığın inkişafı siyasəti şöbəsində Sahibkarlıq fəaliyyətinin dövlət tənzimlənməsi sektorunun məsləhətçisi vəzifəsində çalışıb. 2011-2012-ci illərdə İqtisadiyyat Nazirliyinin İqtisadi siyasət, təhlil və proqnozlaşdırma şöbəsində Qeyri-neft sahələrinin inkişafı sektorunun müdiri vəzifəsində çalışıb. 2012-ci ildən 2018-ci ilə dək İqtisadiyyat Nazirliyinin Dövlətlərarası iqtisadi əməkdaşlıq şöbəsinin müdir müavini vəzifəsində çalışıb və dövlət qulluğunun kiçik müşaviridir. Bir sıra xarici ölkələrdə müxtəlif təlim, seminar və kursların iştirakçısı olub, eləcə də, ölkədə keçirilmiş bir sıra beynəlxalq tədbirlərin təşkilati işlərində iştirak etmişdir. İngilis, rus dillərini bilir. Ailəlidir, üç övladı var.

 

Nadir Adil oğlu Adilov

 

Nadir Adil oğlu Adilov 1977-ci ildə anadan olub. Azərbaycan Universitetinin Hüquqşünaslıq ixtisası üzrə bakalavr və magistratura pilləsini bitirib. 2000-2001-ci illərdə həqiqi hərbi xidmətdə olub. İlk əmək fəaliyyətinə 1999-cu ildə başlayıb. Fərqli təsisatlarda hüquqşünas köməkçisi, hüquqşünas, hüquq şöbəsinin müdiri vəzifələrində çalışıb. Azərbaycan Gənc Hüquqşünaslar Birliyinin sədri, Avrasiya Hüquqşünaslar Assosiasiyasının sədri olub. Azərbaycan Milli Elmər Akademiyasının Hüquq və İnsan Haqları İnstitutunda fərqli dövrlərdə müxtəlif şöbələrin müdiri vəzifələrində işləyib. 2005-2016-cı illərdə Ədliyyə Nazirliyi Penitensiar Xidmətdə Kadrların xidmətə qəbulu üzrə Komissiyanın üzvü, 2005-2015-ci illərdə Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə Mərkəzi Seçki Komissiyasının əvəzedici üzvü olub. 2006-cı ildən bu günədək “Məhkumların islah edilməsində ictimaiyyətin iştirakı və cəzanı icra edən müəssisələrin fəaliyyətinə İctimai nəzarətin həyata keçirilməsini təmin edən İctimai Komitəni formalaşdıran Ədliyyə Naziri yanında Seçki Şurası”nın üzvüdür. 2012-ci ildən bu günədək Azərbaycan Hüquqşünasları Konfederasiyasının sədr müavinidir. ABŞ, Rusiya, İsveçrə, Türkiyə, Polşa, İspaniya, Estoniya, Serbiya, Fransa, Almaniya, Belçika, Ukrayna, Gürcüstan, Moldova və sair ölkələrdə keçirilən müxtəlif elmi və praktiki kurs və proqramların iştirakçısı olub. 2004-2013-cü illərdə Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik 

Akademiyasında ixtisasartırma kurslarında mühazirəçi müəllim kimi dərs deyib. 2012-2013-cü illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Aparat rəhbəri, 2013-cü ildən 2018-ci ilədək sədrin müşaviri vəzifələrində çalışıb. Hüquq üzrə fəlsəfə doktoru, dosentdir. 5 monoqrafiyanın, həmçinin gənclər üçün işgüzar inkişaf kitablarının, yerli və xarici elmi jurnallarda nəşr edilən 100-dən çox elmi məqalənin müəllifidir. Gənclərin işgüzar inkişafı üzrə yazdığı sonuncu kitabı "Gəncsən? Başla!" 5000 tirajla satış rekordu qıraraq, gənclərin ən sevimli kitabları sırasında yer alıb (Bu kitabın satışından əldə edilən vəsait müəllifin şəxsi təşəbbüsü ilə 30 tələbəyə təqaüd formasında təqdim edilib)

Dövlət qulluğunun müşaviridir. İngilis, rus dillərini bilir. Alpinizm və dulusçuluqla məşğul olur. Ailəlidir, iki övladı var.

 

Elçin Arzu oğlu İbrahimov

 

İbrahimov Elçin Arzu oğlu, 9 noyabr 1978-ci ildə anadan olub. Naxçıvan Dövlət Universitetini iqtisadçı ixtisası üzrə bakalavr, beynəlxalq iqtisadi münasibətlər ixtisası üzrə magistr pilləsini fərqlənmə diplomu ilə bitirib. 1999-2001-ci illərdə Naxçıvan Muxtar Respublikasının Dövlət Əmlakı Nazirliyində mütəxəssis, 2001-2004-cü illərdə İqtisadi İnkişaf Nazirliyində nazir köməkçisi və 2004-2007-ci illərdə şöbə müdiri vəzifələrində işləyib. Əmək fəaliyyətini 2009-2015-ci illərdə Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığın inkişafı siyasəti şöbəsində müdir müavini və 2015-2018-ci illərdə şöbə müdiri kimi davam etdirib. Dövlət qulluğunun müşaviridir. Ona 2006-cı ildə Naxçıvan Muxtar Respublikası İqtisadi İnkişaf Nazirliyinin qərarı ilə “Təşəkkür”, 2013-cü ildə Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi tərəfindən “Təşəkkür” elan edilib. 25 aprel 2017-ci il Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə “Dövlət qulluğunda fərqlənmə medalı” ilə təltif edilib. Paralel şəkildə, pedaqoji fəaliyyətlə məşğul olaraq, 2000-2010-cu illərdə Naxçıvan Dövlət Universitetində müəllim, 2010-2015-ci illərdə Azərbaycan Turizm və Menecment İnstitutunda baş müəllim işləyib. Naxçıvan Dövlət Universitetində Aspirantura təhsili alıb, Azərbaycan Milli Elmlər Akademiyasının İqtisadiyyat İnstitutinda Sahibkarlıq münasibətlərinin inkişafı və təkmilləşdirilməsi mövzusunda elmi işini müdafiə edərək 2008-ci ildə İqtisad elmləri üzrə fəlsəfə doktoru elmi adını alıb. 2012-2013-cü illərdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasında “Strateji tədqiqatlar və dövlət müdafiəsi idarəetmə akademik” kurslarında və sahibkarlığın dövlət tənzimlənməsi ilə bağlı mütəmadi olaraq kurslarda iştirak edib. 2010-2016-ci illərdə Dünya Bankının “Doing Business” hesabatı üzrə, 2015-2018-ci illərdə İqtisadi Əməkdaşlıq Təşkilatının “Kiçik Biznes Aktı” üzrə ölkə əlaqələndirici olub.

 

İngilis və rus dillərini bilir. Ailəlidir, bir qızı var.

 

Qeyd edək ki, ötən ilin dekabrında ölkə Prezidentinin müvafiq Fərmanı ilə Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi yaradılıb. Bu Agentlik ölkədə mikro, kiçik və orta sahibkarlığın inkişafını dəstəkləyən, mikro, kiçik və orta sahibkarlığın tənzimlənməsində, həmin sahibkarlıq subyektlərinin maraqlarının qorunmasında və problemlərinin həllində iştirak edən, onlara bir sıra xidmətlər göstərən, dövlət qurumlarının və özəl qurumların bu sahədə xidmətlərini əlaqələndirən və səlahiyyətli qurum kimi çıxış edən publik hüquqi şəxsdir.

10.07.2018 17:05

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ