Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

ADİF: Bağlanmış bankların rəhbər şəxsləri cinayət əməlləri törədib

iç səhifə xəbər başlığı altı (mobil)_31
ADİF: Bağlanmış bankların rəhbər şəxsləri cinayət əməlləri törədib
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Əmanətlərin Sığortalanması Fondu ləğvedici olaraq lisenziyaları geri alınmış və müvafiq məhkəmə qərarları əsasında müflis elan edilmiş bankların idarəetməsini həyata keçirməyə başladıqdan bir müddət sonra müəyyən işlərdə rəhbər vəzifələrdə işləmiş şəxslərin cinayət əməlləri törətdiklərini aşkar etmişdir. Ləğvetmə prosesində olan bir sıra banklar lisenziyaları ləğv edilənə qədər fəaliyyət göstərən zaman rəhbər vəzifələrdə işləmiş bəzi şəxslər vəzifə saxtakarlığı, vəzifə səlahiyyətlərini aşma, mənimsəmə, dələduzluq etmişlər.

 

Fonddan “Marja”ya daxil olan məlumata görə, həmin şəxslər bankın müştərilərini onlara məxsus əmlaklarını sataraq əldə olunmuş vəsaiti kredit borcunun bağlanılmasına yönəltməmiş və ya satışdan əldə olunmuş vəsaitin çox cüzi hissəsini yönəltmiş, bununla da həmin müştəriləri pis vəziyyətdə qoymuş, banka gəlib kredit almayan şəxslərin adlarına çoxlu sayda saxta imza ilə kredit rəsmiləşdirmiş, bir çox işdə zamin duraraq banklardan müəyyən miqdarda vəsait çıxarmış və bununla da banklara külli miqdarda zərər vurmuşlar.

 

Bununla əlaqədar olaraq, müvafiq materiallar toplanmış və ləğv prosesində olan bankların ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı  Mübarizə Baş İdarəsinə göndərilmişdir.

08.02.2017 07:16

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ