Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Ərzaq məhsullarının qiymətlərində deflyasiya davam edir

iç səhifə xəbər başlığı altı (mobil)_31
Ərzaq məhsullarının qiymətlərində deflyasiya davam edir

2018-ci ilin yanvar-iyun aylarında istehlak məhsullarının və xidmətlərin qiymətləri 2017-ci ilin müvafiq dövrünə nisbətən 3,0 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 3,0 faiz, qeyri-ərzaq mallarının qiymətləri 3,8 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 2,4 faiz bahalaşmışdır.

 

Dövlət Statistika Komitəsinin yayadığı məlumata görə, cari ilin iyun ayında may ayına nisbətən istehlak məhsullarının və xidmətlərin qiymətləri 0,7 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 1,6 faiz ucuzlaşmış (deflyasiya), qeyri-ərzaq mallarının və əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri isə sabit qalmışdır. Cari ilin son üç ayı ərzində ərzaq məhsullarının qiymətlərinin əvvəlki ayla müqayisədə ardıcıl olaraq ucuzlaşması ikinci rübdə birinci rübə nisbətən ümumilikdə istehlak məhsullarının və xidmətlərin qiymətlərinin 0,3 faiz aşağı düşməsinə səbəb olmuşdur. 

 

Ay ərzində manna və qarabaşaq yarmasının, makaron məmulatlarının, qoyun ətinin, qatığın, pendirin, kərə yağının, albalının, gilasın, alçanın, əriyin, çiyələyin, pomidorun, xiyarın, badımcanın, göy lobyanın, soğanın, kartofun qiymətlərində ucuzlaşma, düyünün, mal və toyuq ətinin, yumurtanın, zeytun, günəbaxan və qarğıdalı yağlarının, göyərtinin, şəkər tozunun, dondurmanın, qara və yaşıl çayın qiymətlərində isə bahalaşma müşahidə olunmuşdur. Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməmişdir.

11.07.2018 06:14

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ