“AzəriKard”: Böyük bir layihəyə start vermişik

"Biz bu günlərdə, mərkəzin daha dayanıqlı, stabil və fasiləsiz fəaliyyətini təmin etmək üçün böyük bir layihəyə start vermişik. Gəncə şəhərində yerləşən ehtiyat mərkəzimizin tam yenidən qurulması, Bakıda yerləşən prosessinq meydançanın Gəncədə bütövlüklə təkrarlanması və bunun ilə belə prosessinq fəaliyyətinin istənilən fövqəladə halında ən operativ şəkildə bərpası bu layihə çərçivəsində mümkün olacaq". 

 

Bunu “AzəriKard” prosessinq mərkəzinin baş direktoru Fərid Quliyev bildirib.


O qeyd edib ki, həm ehtiyat mərkəzinin müasirləşdirilməsi və yenidən qurulması layihəsi, həm təhlükəsizliyin və dayanıqlığın yüksək keyfiyyət ilə təmin olunması çox böyük vəsaitlər tələb edir. Lakin bizim üçün bu prioritet istiqamətlərdir.

 

 Fərid Quliyev əlavə edib ki, Mingəçevir şəhərində yerləşən "Azərbaycan" İstilik Elektrik Stansiyasında baş verən  qəzanın Mərkəzin fəaliyyətinə heç bir təsiri olmayıb: "İş ondadır ki, mərkəzimiz elektrik enerjisi ilə fasiləsiz olaraq təmin edilir. Bu həm əsas və ehtiyat elektrik kabelləri ilə, həm də bizə lazım olan həcmdə elektrik enerjisini təmin edə biləcək generatorlar vasitəsi ilə həyata keçirilir. Ümumiyyətlə Mərkəz, fəaliyyətini istənilən fövqəladə hallarda ən qısa zamanda bərpa edilməsi üçün bütün vasitələrə malikdir.

 

Bir az əvvəl qeyd etdiyim kimi, bankların kart sahəsinin fəaliyyəti heç dayanmamışdır, çünki mərkəzin fəaliyyəti, qəzaya baxmayaraq, stabil şəkildə davam edirdi. İstisna hallar, elektrik enerjinin verilməsindən birbaşa asılı olan bir sıra bankomatların fəaliyyət göstərməməsidir, bu da, bankomatlarda quraşdırılan uzunmüddətli çalışan UPS avadanlıqları sayəsində həll oluna bilən problemlərdir".

 

ONLAYN MÜRACİƏT EDİN VƏ 1 GÜNƏ MANAT KREDİTİ ALIN

 

© APA

11 İyul 2018 , 08:43   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99412)437-84-44,(+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin