Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

Avro, Lirə və Brent neftində ucuzlaşma - GÜNƏ BAXIŞ

iç səhifə xəbər başlığı altı (mobil)_31
Avro, Lirə və Brent neftində ucuzlaşma - GÜNƏ BAXIŞ

Avrozonada mənfi iqtisadi göstəricilərin açıqlanması, avronun ucuzlaşmasına təsir. Eyni zamanda, lirə və neft qiymətlərində də ucuzlaşma müşahidə edilir.


 

Dünya valyuta birjalarında EUR/USD məzənnəsi mənfi iqtisadi məlumatların açıqlanması ilə 1.1690$-a kimi ucuzlaşıb və 1.1680$-ı da aşağı istiqamətdə qırarsa, 1.1616$-a kimi də ucuzlaşa bilər. Belə ki, Avrozona iqtisadiyyatının gələcək gözləntilərini ölçən indeks (ZEW) artıq üçüncü aydır ki, azalaraq, son beş ilin minimum səviyyəsinə çatıb. 

 

Türkiyə maliyyə bazarlarında da USD/TRY məzənnəsi yenidən bahalaşıb. Beləliklə, 4.72TL-yə ticarət edilən məzənnə 4.75TL-ni də yuxarı istiqamətdə qırarsa, 4.84TL-yə kimi də bahalaşa biləcəyi proqnozlaşdırılır.

 

Enerji bazarlarında isə Avropanın Brent neftinin bir barel qiyməti 79$-a kimi dəyər qazandıqdan sonra 78$-a kimi ucuzlaşıb. Qiymət 77.50$-a kimi ucuzlaşarsa, 76.30$-a kimi də ucuzlaşa bilər.

 

Bunula yanaşı, bu gün Bakı vaxtı ilə saat 18:30-da yayımlanacaq ABŞ-ın neft ehtiyatları ilə bağlı statistik məlumatlar da investorların diqqət mərkəzindədir.

 

Məlumat Azərbaycanın İnvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb

11.07.2018 06:47

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ