Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

Bu dövlət qurumları “Khazar” avtomobilləri sifariş veriblər

iç səhifə xəbər başlığı altı (mobil)_31
Bu dövlət qurumları “Khazar” avtomobilləri sifariş veriblər
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Neftçala Sənaye Məhəlləsində ən iri müəssisə olan “Khazar” Avtomobil Zavodunda istehsal olunan avtomobillər iyunun ayından etibarən satışa çıxarılıb.


Bu barədəməlumat verən “Azərmaş” ASC-nin İdarə Heyətinin sədri Emin Axundov satışın hələlik Bakının Badamdar qəsəbəsində aparıldığını bildirib:


“İlkin olaraq satışlar Badamdar maşın bazarında nəzərdə tutulduğundan orada açılış etdik və satış başlandı. Orada “Khazar” LD və “Khazar” SD markaları alıcıların ixtiyarına verilib. Növbəti mərhələdə şəhərin müxtəlif nöqtələrində satış mağazalarımız fəaliyyətə başlayacaq”.


E.Axundovun sözlərinə görə, 1 ay müddətində zavodda 100 maşın istehsal olunub və satılıb:


“Hazırda 50 maşın istehsal prosesindədir. Növbəti ay üçün 200 ədəd də sifarişimiz var”.

 

Sədr deyib ki, İqtisadiyyat, Vergilər, Energetika nazirlikləri, Milli Məclisin Aparatı, Mərkəzi Seçki Komissiyası ilə yanaşı, digər dövlət qurumları tərəfindən də sifarişlər daxil olmaqdadır:


“Hazırda daxil olan sifarişlərin hansı modeldən olması və ona uyğun istehsala başlanılması nəzərdə tutulur”.


Qeyd edək ki, zavodun illik istehsal gücü 10 min avtomobildir. Bu ilin sonunadək zavodda hər ay orta hesabla 60 ədəd “Khazar” LD və 100 ədəd “Khazar” SD modellərindən olan avtomobillər istehsal olunacaq. Ümumilikdə, 2018-ci ilin sonunadək 1500, 2019-cu ildə 3000, 2020-ci ildə isə 5000 ədəd avtomobilin istehsalı planlaşdırılır.

 

“Khazar” SD avtomobillərinin qiyməti 16 min manat, “Khazar” LD avtomobillərinin qiyməti isə 18 min manatdır. “Khazar” avtomobillərini nağd, köçürmə və 20 faiz ilkin ödəniş etməklə 4 il müddətinə lizinq yolu ilə də əldə etmək olar.

 

TBC KREDİTDƏN KAMPANİYA: TƏMİRİ İNDİ ET, ÖDƏNİŞƏ 3 AY SONRA BAŞLA

 

© Modern

11.07.2018 07:57

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ