Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Dünya Bankından qlobal borc xəbərdarlığı

iç səhifə xəbər başlığı altı (mobil)_31
Dünya Bankından qlobal borc xəbərdarlığı

Dünya Bankına görə, mərkəzi bankların faiz artırdıqları bir şəraitdə qlobal borclar artan bir narahatlıq mənbəyinə çevrilib.
 

"Marja" xəbər veri ki, Dünya Bankının İcraçı direktoru Kristalina Georgieva, "Aşağı faiz dərəcələrinin olduğu 10 illik prosesin ardından bir çox yerdə şirkət və dövlət borcu 164 trilyon dollar kimi sarsıdıcı bir səviyyəyə qalxıb" - deyib.
 

Reklam_3_11

Dünya Bankının İcraçı direktoru, faizləri yüksələrkən borclara daha çox diqqət göstərilməsi olması lazım olduğunu vurğulayıb.
 

ABŞ Mərkəzi Bankının əvvəlki gözləntilərdən daha sürətli faiz artıması dünyadakı digər bir çox mərkəzi bank üzərində təzyiq yaradır.
 

Georgieva qeyd edib ki, bir çox ölkə güclü iqtisadi inkişaf dövründən istifadə edərək struktur islahatlara getməlidir.
 

Georgieva, "Ölkələrə gözləməməyi məsləhət görürük. Yaxşı vaxtlar adətən əbədi olmur" deyib.
 

ONLAYN MÜRACİƏT EDİN VƏ 1 GÜNƏ MANAT KREDİTİ ALIN

 

Vaşinqtonda yerləşən Beynəlxalq Maliyyə İnstitutunun hesablamalarına görə, əhalinin borcu daxil qlobal borc miqdarı, 10 il əvvəllə müqayisədə 70 trilyon dollar artaraq 2017-nin dördüncü rübündə 237 trilyon dollara çatıb. Beləliklə, qlobal borclar 10 il ərzində 42 faiz artmışdır.
 

Beynəlxalq Valyuta Fondunun aprel ayında nəşr etdiyi maliyyə monitorinq hesabatına görə isə, qlobal borc 2016-da 164 trilyon dollara çıxaraq qlobal Ümumi Daxili Məhsulun 225%-ini təşkil edib. 2009-da bu nisbət 213 faiz təşkil edirdi.
 

11.07.2018 08:20

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ