Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

8,5 milyard manatı "yedik-içdik"

iç səhifə xəbər başlığı altı (mobil)_31
8,5 milyard manatı "yedik-içdik"

2018-ci ilin yanvar-iyun aylarında pərakəndə ticarət şəbəkəsində satılmış məhsulların dəyəri əvvəlki ilin eyni dövrünün səviyyəsini müqayisəli qiymətlərlə 2,5 faiz üstələyərək 17,1 milyard manata bərabər olmuşdur.

 

Reklam_3_11

Dövlət Statistika Komitəsinin yaydığı məlumata görə, ticarət dövriyyəsinin 8,5 milyard manatını ərzaq məhsulları, içkilər və tütün məmulatları, 8,6 milyard manatını qeyri-ərzaq məhsulları təşkil etmiş və satılmış məhsulların dəyəri 2017-ci ilin yanvar-iyun aylarının göstəricilərini real ifadədə müvafiq olaraq 1,9 faiz və 3,1 faiz üstələmişdir.

 

ONLAYN MÜRACİƏT EDİN VƏ 1 GÜNƏ MANAT KREDİTİ ALIN

 

Cari ilin birinci yarısında məhsul bazarı aşağıdakı göstəricilərlə xarakterizə olunmuşdur:

Məhsul qruplarının adları

Satışdan gəlir, milyon manatla

2017-ci ilin yanvar- iyun aylarına nisbətən, faizlə

Pərakəndə ticarət dövriyyəsi

17 145,9

102,5

o cümlədən:

ərzaq məhsulları

 7 743,0 

102,0

içkilər və tütün məmulatları

756,0

100,9

toxuculuq məhsulları, geyim və ayaqqabılar

3 095,5

103,1

elektrik malları və mebellər

990,5

102,8

kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsulları

121,1

101,9

əczaçılıq və tibbi mallar

224,3

102,2

avtomobil yanacağı

972,1

101,7

digər qeyri-ərzaq məhsulları

    3 243,4

103,6

Hesabat dövründə alıcıların son istehlak məqsədilə aldıqları mallara xərclədiyi vəsaitin 45,2 faizi ərzaq məhsullarının, 4,4 faizi içkilər və tütün məmulatlarının, 18,0 faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların, 5,8 faizi elektrik malları və mebellərin, 5,7 faizi avtomobil yanacağının, 1,3 faizi əczaçılıq və tibbi malların, 0,7 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 18,9 faizi isə digər qeyri-ərzaq məhsullarının alınmasına sərf olunmuşdur.

 

2018-ci ilin yanvar-iyun aylarında istehlak məhsullarının 13,8 faizi ticarət müəssisələri, 52,6 faizi fərdi sahibkarlar tərəfindən, 33,6 faizi isə bazar və yarmarkalarda satılmışdır. 2017-ci ilin eyni dövrü ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə  müəssisələr üzrə 23,7 faiz artmış, fərdi sahibkarlar üzrə 0,2 faiz, bazar və yarmarkalarda 0,4 faiz azalmışdır.

Cari ilin birinci yarısında əhalinin bir nəfərinə düşən orta aylıq pərakəndə ticarət dövriyyəsi  291,7 manat və ya 2017-ci ilin müvafiq dövrünün göstəricisindən nominal ifadədə 13,9 manat çox olmuşdur. Ticarət şəbəkəsində bir ölkə sakini orta hesabla hər ay 144,6 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 147,1 manatlıq qeyri-ərzaq məhsulları  almışdır.

 

11.07.2018 09:32

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ