Bu şirkət avtomobil çatdıra bilmir - AZƏRBAYCANDA
Azərbaycanda Mercedes-Benz-in satışları pis deyil.
Azərbaycanda “Daimler AG”nin Baş Nümayəndəliyi “Avtokapital – Azərbaycan” MMC-nin Baş direktoru Eldəniz Məmmədov “Marja”ya bildirib ki, 2017-ci ildə satışlar yenidən canlanıb, əsasən iş adamları yeni Mercedes modellərini almaq üçün növbəyə yazılırlar:
“Biz avtomobilləri istehsalçıdan müəyyən kvota ilə alırıq. Artıq bir neçə ay üzrə öncədən xeyli sifarişlər almışıq. Tələb böyükdür, avtomobil çatdıra bilmirik”.
Eldəniz Məmmədov qeyd etdi ki, Dollar və Avronun qalxması avtomobilləri bahalaşdırsa da, Mercedes-Benz müştəriləri üçün önəmli olan qiymət deyil:
“Əvvəllər banklar kreditləri həvəslə verər zaman çoxları Mercedes-Benz avtomobillərini alıb sürə bilirdilər. Bu gün isə Mercedes-Benz avtomobilini imkanı olanlar ala bilir. Mercedes-Benz sürmək, keyfiyyət və komfort ilə bərabər bir statusdur”.
“MERCEDES BENZ ALANLAR UDUZMURLAR”
Şirkətin Baş direktoru qeyd etdi ki, digər brendlərin avtomobillərindən fərqli olaraq Mercedes-Benz modellərinin təkrar bazar qiyməti sürətlə aşağı düşmür:
“Başqa modellərin avtomobillərini aldıqdan sonra dəyəri 2 ildən sonra təxminən 40% aşağı düşür. Yeni Mercedes avtomobilinin isə iki ildən sonra qiyməti heç 10% düşmür. Mercedes-Benz alanlar uduzmurlar”.
Eldəniz Məmmədov əlavə etdi ki, “Avtokapital – Azərbaycan” şirkəti ən çox avtomobili 2015-ci ildə satıb. 2016-cı ildə satışlarda azalma olsa da, 2017-ci ildə satışların yenidən artıma keçəcəyi gözlənilir.
Qeyd edək ki, “Avtokapital – Azərbaycan” şirkətinin idxal etdiyi Mercedes-Benz avtomobillərinin və ehtiyat hissələrinin satışı ilə dilerləri (Abşeron Avtomobil Mərkəzi, AutoStar Kukasus və UEI Transport) məşğul olur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 13 saat əvvəl
- 15 saat əvvəl
-
15 saat əvvəl
“Kristal plaza Baku” restoranının fəaliyyəti məhdudlaşdırılıb
-
16 saat əvvəl
Birbank Biznes-dən yeni müştərilərə özəl “Xoş gəldin” kampaniyası
- 17 saat əvvəl
-
17 saat əvvəl
Xalq Bank növbəti dəfə irihəcmli beynəlxalq sindikat kreditləşməsi sövdələşməsində iştirak edib
-
18 saat əvvəl
Cənubi Koreyanın 4 avtomobil istehsalçısı 206 mindən çox avtomobilini geri çağırır
- 19 saat əvvəl
-
19 saat əvvəl
Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü başlayıb
- 19 saat əvvəl
- 19 saat əvvəl
- 20 saat əvvəl