Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Azərbaycan və İsrail birgə yeni növ pilotsuz sistemlər istehsal edəcək

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycan və İsrail birgə yeni növ pilotsuz sistemlər istehsal edəcək

Müdafiə sənayesi nazirinin müavini Yəhya Musayev İsrailin “Aeronautics” şirkətinin Direktorlar Şurasının sədri Yedidia Yaarinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

 

Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, nazir müavini Yəhya Musayev Yedidia Yaarini “Aeronautics” şirkətinin Direktorlar Şurasının sədri vəzifəsinə təyin olunması münasibətilə təbrik edib, ona fəaliyyətində uğurlar arzulayıb.

 

Nazir müavini Müdafiə Sənayesi Nazirliyinin fəaliyyəti barədə nümayəndə heyətinə məlumat verib.

 

Görüşdə Müdafiə Sənayesi Nazirliyi ilə “Aeronautics” şirkəti arasında birgə həyata keçirilən layihə əsasında Azərbaycanda müxtəlif pilotsuz uçuş aparatlarının istehsalı üzrə ixtisaslaşmış “AZAD Systems” müştərək müəssisəsinin uğurlu fəaliyyətindən danışılıb.

 

Nümayəndə heyətinin başçısı Yedidia Yaarin səmimi qəbula görə minnətdarlığını bildirib.

 

Sonda Müdafiə Sənayesi Nazirliyi ilə “Aeronautics” şirkəti arasında yeni növ pilotsuz sistemlərin birgə istehsalının təşkilinə dair niyyət protokolu imzalanıb.

 

TBC KREDİTDƏN KAMPANİYA: TƏMİRİ İNDİ ET, ÖDƏNİŞƏ 3 AY SONRA BAŞLA

 

© Report

11.07.2018 11:38

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ