Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Paul&Shark – qarderobunuzda dəniz abu-havası

iç səhifə xəbər başlığı altı (mobil)_31
Paul&Shark – qarderobunuzda dəniz abu-havası

İtaliyanın ən tanınmış və əfsanəvi brendlərindən olan Paul&Shark –Neftçiləri pr-ti 151, Port Baku Mall ünvanında öz qapılarını açdı. 

 

Bu gün 73 ölkədə, 458 şəhər və 474 satış nöqtəsində, dünyanın müxtəlif yerlərərində  brendin məhsullarını tapmaq olar. Mağazalar yalnız Milanda- Via Montenapoleone, Paris - Rue du Faubourg St. Honore, New York - Madison Avenue və digər seçilmiş dəb mərkəzlərində yerləşir.

 

Paul & Shark tarixçəsi 1921-ci ildə başlanmasına baxmayaraq, öz indiki adını yalnız 70-ci illərdə aldı.

 

Şirkətin sahibi Paolo Dini dəniz səyahəti zamanı yelkən üzərində Paul&Shark yazısını gördü və bu brendin bütün konsepsiyasını müəyyənləşdirdi.

 

Paul&Shark brendinin ənənəvi rəngi tünd mavi, hədiyyə qablaşdırması isə xüsusi metal borulardır.

 

Mavidən başqa, Paul&Shark qeyri-adi rəng ahənglərindən də istifadə edir. Məsələn, bəzi köynəklər məşhur rəssamların əsərlərinin rəng palitrasını təkrar edir.

 

Sukeçirməyən parçalardan tikilmiş ultrayüngül godəkçəkərdə hər cür hava şəraitində dənizə çıxmaq olar. Paul&Shark mütəxəssisləri parçaların keyfiyyətinə xüsusi fikir verirlər.  Sukecirməyən Typhoon parçası 20 metr dərinlikdə sınanıb və bir kvadrat santimetr üzərinə 20 000 damcı su təzyiqinə tab gətirə bilər. Həmçinin bu parça ultrafiolet şüalardan qoruyur və hava buraxır.

 

Paul&Shark brendinin öz moda fəlsəfəsi var. Bu, sözün tam mənasında idman üslublu geyim deyil.

 

Paul&Shark dənizdə, təbiət qoynunda və ya idman meydançasında keçiriləcək tətil, istirahət və asudə vaxt üçün geyimdir. Brendin alıcıları –dolğun həyat tərzi sürən kişi və qadınlardı.

 

Brendin məhsullarını 9 iyul tarixindən etibarən əldə etmək mümkündür. Butikdə idman, gündəlik və lyuks kişi kolleksiyaları təqdim olunacaq.


Ünvan Neftçiləri pr-ti 151, Port Baku Mall , +994 12 464 07 39

12.07.2018 09:00

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci_29
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ