Tesla Çində zavod quracaq

Elektrikli avtomobil istehsalçısı Tesla şirkəti, ABŞ xaricindəki ilk zavodunu Çində quracaq.
 

"Marja" xəbər veri ki, Tesla, Çinin Şanxay şəhərində yaxın gələcəkdə zavod tikintisinə başlanacağını açıqlayıb.
 

Şirkət, Şanxayda tikiləcək zavodda istehsalın 2- 3 il sonra başlayacağını və ildə 500 min avtomobil istehsal edilməsinin planlaşdırıldığını açıqlayıb.
 

Şanxay şəhər rəhbərliyindən verilən açıqlamada da, Tesla-nın rəhbəri Elon Musk, Şanxay Şəhərinin Meri Ying Yong və digər rəsmi şəxslər arasında zavodun yaradılması barədə müqavilə imzalandığı bildirilib.
 

Açıqlamada, zavodun, Şanxaydakı ən böyük xarici investisiya olacağı qeyd olunub.
 

Çində 2014-cü ildə elektromobillərini satmağa başlayan Tesla-nın Kaliforniyadan ölkəyə göndərdiyi avtomobillərin qiymətlərinə 15 faiz idxal vergisi əlavə olunur. Buna baxmayaraq, Çin Tesla üçün ABŞ-dan sonra ən böyük ikinci bazardır.
 

ABŞ Prezidenti Donald Trampın gömrük rüsumlarını qaldırmasına cavab tədbirləri kimi Pekin rəhbərliyi tərəfindən əlavə 25 faiz idxal vergisi tətbiq etdiyi şirkətlər arasında Tesla-da yer alır.
 

Şirkətin Çində elektrikli avtomobil satışlarının ötən il 82 faiz artaraq 468 min olduğu bildirilir.
 

Tesla-nın Şanxayda araşdırma mərkəzi də quracağı qeyd edilib.
 

Tesla-nın Çinə investisiyanın ABŞ ilə Çin arasında ticarət müharibəsinin olduğu bir vaxtda açıqlanması diqqəti çəkir.

11 İyul 2018 , 15:55   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Eurohome
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99412)437-84-44,(+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin