Qlobal neft hasilatı İyunda artıb

Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) gündəlik xam neft hasilatı, İyun ayında əvvəlki ayla müqayisədə 173 min barrel artaraq 32 milyon 330 min barelə yüksəlib.


 

OPEC-in Neft Bazarı Hesabatına görə, İyunda qlobal neft hasilatı əvvəlki ayla müqayisədə gündəlik 600 min barrel artaraq 98 milyon 10 min barel olub.
 

İyunda OPEC-ə daxil olmayan ölkələrdə neft hasilatı gündəlik 430 min barel artımla 65 milyon 680 min barrelə çatıb.

 

OPEC-in xam neft istehsalı isə keçən ay əvvəlki ala müqayisədə gündəlik 173 min barrel artaraq 32 milyon 330 min barel təşkil edib. OPEC-in bir əvvəlki ay 33 faiz olan qlobal neft hasilatındakı payı isə dəyişməyib.
 

Keçən ay OPEC daxilində xam neft hasilatını ən çox artıran ölkə Səudiyyə Ərəbistanı olub. Ölkədə gündəlik hasilat 405 min 400 barrel artaraq 10 milyon 420 min barelə yüksəlib.
 

İyunda gündəlik neft istehsalında ən böyük azalma isə Liviyada baş verib. Ölkədə gündəlik hasilat 254 min 300 barrel azalaraq 708 min barrelə enib.
 

NEFTƏ QLOBAL TƏLABAT ARTACAQ
 

OPEC-in proqnozuna görə, gələn il qlobal neft tələbi bu illə müqayisədə 1 milyon 450 min barel artımla sutkada 100 milyon 300 min barelə çatacaq.
 

TBC KREDİTDƏN KAMPANİYA: TƏMİRİ İNDİ ET, ÖDƏNİŞƏ 3 AY SONRA BAŞLA

 

OPEC ölkələrinin 2019-da xam neft tələbinin isə bu illə müqayisədə 800 min barrel azalaraq 32 milyon 200 min barrelə geriləyəcəyi ehtimal edilir.

11 İyul 2018 , 16:24   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Af Biznes Merkezleri
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99412)437-84-44,(+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin