“İpək Yolu Sığorta” ASC bu ilin I yarısını 1 milyon 419 min manat mənfəətlə başa vurub.
Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 23,3% azdır.
6 ay ərzində “İpək Yolu Sığorta”nın gəlirləri 9 milyon 276 min manat, xərcləri isə 8 milyon 157 min manat təşkil edib. Şirkət mənfəət vergisi ödəməyib.
Bu il iyulun 1-nə “İpək Yolu Sığorta”nın aktivləri 31 milyon 335 min manat olub ki, bu da illik müqayisədə 14,1% azdır. Son 1 ildə şirkətin öhdəlikləri 8,9% azalaraq 9 milyon 493 min manata düşüb, balans kapitalı isə isə 16,15% azalaraq 21 milyon 843 min manata düşüb.
TBC KREDİTDƏN KAMPANİYA: TƏMİRİ İNDİ ET, ÖDƏNİŞƏ 3 AY SONRA BAŞLA
© “Renkinq”