"ABŞ OPEC-dən neft hasilatını artırmağı tələb etməyib"

ABŞ Neft İxrac Edən Ölkələr Təşkilatından (OPEC) neft hasilatını artırmağı tələb etməyib.

 

CNN Money” xəbər verir ki, bu barədə Birləşmiş Ərəb Əmirliklərinin energetika naziri, OPEC Konfransının prezidenti Suhail Mohamed Al Mazrouei deyib.

 

“ABŞ bizim üçün vacibdir, amma rəsmi və ya qeyri-rəsmi ABŞ-dan belə bir tələb olmayıb. Mən belə bir təklifin olmadığı qətiyyətlə deyə bilərəm”, - deyə OPEC Konfransının prezidenti bildirib.

 

Qeyd edək ki, ötən həftə beynəlxalq mətbuatda ABŞ-ın gizli olaraq Səudiyyə Ərəbistanı və OPEC-ə üzv bəzi ölkələrdən neft istehsalını artırmağı istədiyi ilə bağlı xəbərlər yayılmışdı.

 

TBC KREDİTDƏN KAMPANİYA: TƏMİRİ İNDİ ET, ÖDƏNİŞƏ 3 AY SONRA BAŞLA

 

© Azərtac

11 İyul 2018 , 16:48   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99412)437-84-44,(+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin