Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

“Qala Sığorta” ödənişlərini 10 dəfəyədək artırıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Qala Sığorta” ödənişlərini 10 dəfəyədək artırıb

Azərbaycan sığorta bazarının ən aktiv iştirakçısı olan “Qala Sığorta” 2018-ci ilin yanvar-iyun ayı üzrə əsas maliyyə göstəricilərini açıqlayıb.

 

Şirkətin İctimaiyyətlə Əlaqələr Xidmətindən "Marja"ya verilən məlumata görə, operativ məlumatlar əsasında hazırlanmış hesabata əsasən bu ilin ilk 6 ayında “Qala Sığorta” şirkətinin satış komandası tərəfindən 7 434 983 manat həcmində sığorta haqqı toplanılıb ki, bu da 2017-ci ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 2 827 909 manat və ya 61,2% çox olub.

 

Hesabat dövründə yığımlarla yanaşı ödənişlərdə də kəskin artım müşahidə olunub. Belə ki, 2018-cilin ötən 6 ayı ərzində şirkət tərəfindən müxtəlif sığorta hadisələri üzrə 687 478 manat sığorta ödənişi verilib. Ötən ilin müvafiq dövründə isə bu göstərici 70 975 manat olub. İllik müqayisədə sığorta ödənişlərinin həcmi 616 503 manat və ya təxminən 9,7 dəfə artım olub.

 

Qeyd edək ki, verilən sığorta ödənişləri müvafiq qanunvericiliyin tələbinə uyğun olaraq operativ və vaxtında həyata keçirilib. Ümumiyyətlə, göstərilən xidmətlərdə şirkətin biznes strategiyasına əsaslanan müştəri məmnuniyyəti meyarı hər zaman yüksək dəyərləndirilərək pririotet hədəflər sırasında yer alır.    

 

ONLAYN MÜRACİƏT EDİN VƏ 1 GÜNƏ MANAT KREDİTİ ALIN

 

Xatırladaq ki, “Qala Sığorta” şirkəti 30 sentyabr 2015-ci il tarixindən fəaliyyət göstərir. Şirkətin yeganə səhmdarı “AzRe Təkrarsığorta” ASC-dir.

 

Şirkət müştərilərinə baş ofis və 8 regional nümayəndəlik vasitəsi ilə qanunvericiliklə nəzərdə tutulan qeyri-həyat sığorta sahəsinin 23 növü üzrə, o cümlədən 19 könüllü və 4 icbari sığorta məhsulları üzrə xidmətlər göstərir.

12.07.2018 07:42

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ