Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

İcbari Sığorta Bürosu kompensasiya ödənişlərinin məbləğini açıqladı

iç səhifə xəbər başlığı altı (mobil)_31
İcbari Sığorta Bürosu kompensasiya ödənişlərinin məbləğini açıqladı

2018-ci ilin yanvar-iyun ayları ərzində İcbari Sığorta Bürosu (İSB) tərəfindən icbari sığortası olmayan, eləcə də naməlum və ya oğurlanmış avtonəqliyyat vasitələri tərəfindən sağlamlığına zərər yetirilmiş vətəndaşlara (və ya onların ailə üzvlərinə) ümumilikdə 329 325 manat məbləğində kompensasiya ödənişləri verilib.

 

Büronun yaydığı məlumata görə, verilmiş ödənişlərin 233 750 manatı ölüm halları, 16 200 manatı şəxsin ağır xəsarət alması, 53 750 manatı şəxsin az ağır xəsarət alması, 17 500 manatı şəxsin əlillik dərəcəsi alması, 8125 manatı isə yüngül dərəcəli xəsarətlərlə bağlı olub.

 

Hesabat dövrü ərzində İSB tərəfindən cəmi 181 kompensasiya tələbi nəzərdən keçirilib və bunlardan 126 üzrə kompensasiya ödənişlərinin verilməsinə dair müsbət qərar qəbul edilib.

 

Qeyd edək ki, İSB tərəfindən kompensasiya ödənişi yalnız sağlamlığa dəymiş zərər üzrə və aşağıdakı hallarda verilir:

 

1. vətəndaşın (üçüncü şəxsin) sağlamlığına hadisə anı üçün qüvvədə olan icbari sığorta müqaviləsi olmayan, naməlum və ya oğurlanmış avtonəqliyyat vasitəsi ilə zərər vurulduqda;

 

2. üçüncü şəxsin sağlamlığına dəymiş zərər zərərvuranın mülki məsuliyyətini sığortalamış sığorta şirkəti tərəfindən ödənilmədikdə.

 

Kompensasiya ödənişini tələb etmək və almaq hüququna zərərçəkən üçüncü şəxs (yol-nəqliyyat hadisəsi nəticəsində zərər çəkən fiziki şəxslər – fiziki şəxs öldüyü halda onun ailə üzvləri) malikdir. Kompensasiya ödənişi ilə bağlı Büroya müraciət edərkən sağlamlığa zərərin vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş yekun qərarının olması mütləqdir.

12.07.2018 08:56

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ