Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Təyyarənin mühərriki dayandı, Bakıda məcburi eniş etdi

iç səhifə xəbər başlığı altı (mobil)_31
Təyyarənin mühərriki dayandı, Bakıda məcburi eniş etdi

Londondan Mumbay şəhərinə uçan təyyarə Bakıda məcburi eniş etmişdir.

 

Reklam_3_11

British Airways aviaşirkətinə məxsus hava gəmisinin komandirinin təyyarənin sol mühərrikinin dayanması səbəbindən məcburi eniş barədə elanından sonra Bakı vaxtı ilə 12 iyul səhər saat 05:52-də Heydər Əliyev Beynəlxalq Aeroportunda həyəcan siqnalı verilmişdir.

 

Göyərtəsində 214 nəfərin (197 sərnişin və 17 uçuş heyətinin üzvü) olduğu “Boeing-777” təyyarəsi Londondan (Böyük Britaniya) Mumbay (Hindistan) şəhərinə BAW-199 nömrəli aviareysi həyata keçirirdi.

 

Həyəcan siqnalı ilə hava limanının bütün qəza-xilasetmə xidmətləri qaldırılmışdır. Təyyarə Bakı vaxtı ilə saat 06:29-da uğurlu eniş etmişdir, xəsarət alan yoxdur.

 

Sərnişinlər hava limanının tranzit zonasında yerləşdirilib, onlara yemək və içkilər təqdim edilmişdir.

 

Qeyd edək ki, Heydər Əliyev Beynəlxalq Aeroportu ən müasir naviqasiya və yerüstü avadanlıqlarla təchiz olunmuşdur. Bu səbəbdən aviaşirkətlər fors-major vəziyyətlər yarandıqda regionun hava məkanında məhz Bakı hava limanını seçirlər.

12.07.2018 09:09

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ